
11
Onlayn sifariş bölməsinin rəhbəri
Onlayn sifariş bölməsinin rəhbəri
По договорённости
Проверено1 нед. назад
Дата
Просмотры11
Номер№5198688
Описание
Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri:
Online sifariş bölməsinə daxil olan komandaların effektiv idarə edilməsinin, iş bölgüsünün və əməliyyat proseslərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi;
İş qaydalarının, prosedurlarının, iş qrafiklərinin və FAQ sənədlərinin hazırlanması, yenilənməsi və onların düzgün icrasına nəzarət edilməsi;
Əməkdaşlarla fərdi və qrup görüşlərin təşkil edilməsi, fəaliyyət nəticələrinin qiymətləndirilməsi və iş keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi;
Komanda üzvlərinin peşəkar inkişafının təmin edilməsi məqsədilə təlim və inkişaf proqramlarının təşkil edilməsi;
Komandalar üzrə aylıq hesabatların hazırlanması, əsas fəaliyyət göstəricilərinin (KPI) izlənməsi, nəticələrin təhlil edilməsi və müəyyən edilmiş hədəflərə nail olunmasının təmin edilməsi;
Komandalar üzrə satış bonuslarının müəyyən edilmiş qaydalara uyğun hesablanması və nəticələrin düzgünlüyünə nəzarət edilməsi;
Sifarişlərin emalı, müştərilərlə əlaqə, sifarişlərin təsdiqi və digər əməliyyat proseslərinin effektivliyinin izlənməsi yaranan problemlərin araşdırılması və operativ həllinin təmin edilməsi;
Müştəri müraciətlərini, şikayətlərini, əməkdaşların rəylərini və əməliyyat göstəricilərini təhlil edərək xidmət keyfiyyətinin yüksəldilməsi və satış nəticələrinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması;
İstifadə olunan informasiya sistemləri və platformalarda yaranan texniki və funksional problemlərin araşdırılması müvafiq İT komandaları və platforma təmsilçiləri ilə koordinasiyanın təmin edilməsi;
Əməliyyat proseslərində səmərəliliyin artırılması, təkrarlanan problemlərin aradan qaldırılması və iş axınlarının optimallaşdırılması istiqamətində təşəbbüslərin irəli sürülməsi;
İş yükünü, sifariş həcmini və xidmət səviyyəsini təhlil edərək əməkdaş resurslarının düzgün planlaşdırılmasının və səmərəli istifadəsinin təmin edilməsi;
Digər struktur bölmələrlə qarşılıqlı əməkdaşlığın və proseslər üzrə effektiv koordinasiyanın təmin edilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi.
Namizədə tələblər:
Ali təhsil (idarəetmə, biznes, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
İdarəetmə sahəsində, xüsusilə satış, müştəri xidmətləri, e-commerce və ya əməliyyatların idarə olunması istiqamətində minimum 3 il iş təcrübəsi;
Komanda idarəetməsi və əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi üzrə təcrübə;
Əməliyyat proseslərinin təşkili, optimallaşdırılması və iş qaydalarının hazırlanması üzrə bacarıqlar;
KPI-ların müəyyən edilməsi, izlənilməsi, hesabatların hazırlanması və nəticələrin təhlili üzrə təcrübə;
Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;
Microsoft Office proqramları üzrə yüksək səviyyədə biliklər, Power BI bilikləri üstünlükdür;
Güclü kommunikasiya, təşkilatçılıq və liderlik bacarıqları;
Eyni vaxtda bir neçə prosesin idarə edilməsi, prioritetlərin müəyyənləşdirilməsi və vaxtın səmərəli planlaşdırılması bacarığı;
Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 27.11.2026
Источник объявления
Открыть оригинал объявления© Kontakt Home jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
РЕКЛАМА










