Prayk
Performansın idarə edilməsi üzrə mütəxəssis — HR, kadr
По договорённости

Performansın idarə edilməsi üzrə mütəxəssis

ПроанализированоВчера
Категория
HR, кадры
Дата
Просмотры
7
Номер
№4701330

Описание

Təsvir Performans idarəetmə çərçivələrinin (“Framework”), KPI-lar, səriştə modelləri, qiymətləndirmə şkalalarının və s. hazırlanmasında və yenilənməsində iştirak; Performans sistemlərinin təşkilatın strateji məqsədləri və HR siyasətləri ilə uyğunlaşdırılmasına dəstək; Müxtəlif vəzifə və funksiyalar üçün uyğunlaşdırılmış qiymətləndirmə alətlərinin hazırlanması; Performans qiymətləndirmə dövrlərinin koordinasiyası (hədəf qoyma, yarımillik və illik icmallar); Struktur bölmələrə təşkilat məqsədlərinin fərdi məqsədlərə çevrilməsində dəstək göstərilməsi; Qiymətləndirmələrin vaxtında və ədalətli şəkildə başa çatdırılmasına nəzarət; Rəhbərlərə və əməkdaşlara performans idarəetmə prosesləri və alətləri barədə təlimlərin təşkili; Rəhbərlərə geribildirim vermə, hədəf qoyma və qiymətləndirmə aparılması sahəsində dəstək; Performans proseslərinin mütəmadi olaraq yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsi; Qiymətləndirmə proseslərində obyektivlik, ədalətlilik və şəffaflığın təmin edilməsi. Tələblər Ali təhsil​; İnsan Resurslarının idarə olunması üzrə minimum 2 il iş təcrübəsi; Performans idarəetmə prinsipləri, metodları və alətləri (OKR, KPI, Balanced scorecard və s.) üzrə biliklər; Məlumatların təhlili, nəticələrin sadə və effektiv şəkildə təqdim edilməsi bacarığı; Layihələrin planlaşdırılması və idarə olunması bacarığı; B1 səviyyədə İngilis dili biliyi; Yaxşı səviyyədə Excel biliyi; Tənqidi Düşüncə; Komanda ilə işləmək bacarığı. Biz nə təklif edirik: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə; İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə); İş yeri: Bayıl (servis xidməti mövcuddur); Həyat yığım sığortası; Könüllü tibbi sığorta; Uşaqlara məktəb endirimləri; Push30 proqramından 75% endirim ilə yararlanmaq imkanı; Peşəkar inkişaf imkanı. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 16.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/landau-education-group-performansin-idare-edilmesi-uzre-mutexessis-154019
РЕКЛАМА