



Plitə Bosch PCR9A5B90M
399.99 ₼Рынок
799.99 ₼Верхний диапазон
1 069.99 ₼
Описание
Hər bir mətbəxin qəlbi isti ocaqdır. Bu səbəbdən evinizə plitə seçərkən etibarlı brendlərə nəzər yetirməyinizi məsləhət edirik. Keyfiyyəti ilə istifadəçilərinin etibarını qazanan BOSCH PCR9A5B90M plitəsini təqdim edirik. Plitənin səthi paslanmayan poladdan hazırlanıb, nəticədə cihazdan uzun illər ərzində istifadə edəcəksiniz. Ən əsası isə hamar polad asanlıqla təmizlənir.
Plitə 5 ədəd müxtəlif ölçülü ocaqlardan ibarətdir. Ən iri qazanlarınız plitədə rahat yerləşəcək və eyni anda bütün ocaqlardan istifadə edə biləcəksiniz. Plitənin orta hissəsində yerləşən WOK ocağı ilə xüsusi qabarıq tavalarda, sacda ət və tərəvəzləri hazırlamaq olar.
FlameSelect funksiya sayəsində plitə 9 alov səviyyəsinə malikdir. Bu funksiya tavanın isinmə dərəcəsini asanlıqla tənzimləyə imkan yaradır. Beləliklə, Bosch plitəsi yeməklərinizin mükəmməl hazırlanmasını təmin edir. Bütün ocaqlar alışqan ilə təchiz edilib. Bu da rahat və təhlükəsiz istifadə deməkdir. Barmaqlıqlar möhkəm çuqundan hazırlanıb. Xüsusi quruluşuna görə qazanlarınızı plitənin bir tərəfindən digərinə asanlıqla sürüşdürmək olar.
Bosch plitəsini canlı görmək istəyirsiniz? Bunun üçün mağazaya yaxınlaşmaq mütləq deyil. “Canlı video məsləhətçi” düyməsinə basıb mobil telefonunuzu daxil edin. Əməkdaşımız video zəng vasitəsilə sizə plitəni nümayiş edəcək.
Источник объявления
Открыть оригинал объявления© Kontakt Home kontakt.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
Похожие объявления
Смотреть все














