İşin təsviri:
Problemli kreditlərin təftişinin aparılması, onun yaranma səbəblərinin müəyyənləşdirilməsi, geri ödənişi və üsulları barədə təkliflər verilməsi;
Cəmiyyətdaxili qaydalara uyğun olaraq problemli kreditlərin yaranma səbəbləri üzrə təhlillərin aparılması və hesabatların hazırlanılması;
Problemli kreditlərin yığımının daxili qaydalara müvafiq olaraq təmin edilməsi;
Elektron məlumat bazasında, Cəmiyyət üzrə verilmiş bütün kreditlərin ödənilməsi qrafikinə nəzarət edilməsi;
Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana rəsmi bildirişlərin göndərilməsi;
Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;
Problemli kreditlərin idarə edilməsi ilə bağlı şöbə müdirinin digər tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə dair tələblər:
Minimum orta təhsil;
Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;
Komandada işləmək bacarığı, stresə dözümlülük və ünsiyyət qurma bacarığı;
MS Ofis proqramlarından istifadə bacarığı.
İş rejimi:
İş saatı 09:00-dan 18:00-dək;
İstirahət günləri: şənbə və bazar günləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “PKİEŞ / Təcrübəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/202426/problemli-kreditlerin-idare-edilmesi-sobesi-tecrubeci
РЕКЛАМА
Мы используем файлы cookie Аналитика — только с вашего согласия; необходимые cookie активны всегда.Политика конфиденциальности