İşin qısa təsviriŞirkət rəhbərliyinin iştirakı ilə keçirilən rəsmi görüş, qəbul, səfər və tədbirlərin protokol və işgüzar etiket qaydalarına uyğun təşkilini və protokol təminatını həyata keçirmək.
Əsas vəzifə və öhdəliklər:
Rəhbərliyin iştirakı ilə keçirilən rəsmi görüş, qəbul, iclas və tədbirlərin protokol təminatını təşkil etmək;Yerli və xarici qonaqların qarşılanması, müşayiəti və yola salınmasını protokol qaydalarına uyğun həyata keçirmək;Görüş və tədbirlər üzrə proqram, iştirakçı siyahısı, gündəlik, oturma planı və digər protokol sənədlərini hazırlamaq;Rəhbərliyin ölkədaxili və xarici səfərlərinin, ezamiyyətlərinin və rəsmi tədbirlərdə iştirakının təşkilində protokol dəstəyi göstərmək;Qonaqların nəqliyyat, yerləşmə və digər təşkilati-logistik məsələlərini əlaqələndirmək;Rəsmi sənədlərin, memorandum və müqavilələrin imzalanması mərasimlərinin təşkilində iştirak etmək;Dəvət, təbrik, təşəkkür, başsağlığı və digər rəsmi yazışmaları hazırlamaq;Protokol və korporativ hədiyyələrin seçilməsi, hazırlanması və təqdim olunmasını əlaqələndirmək;Struktur bölmələrinə protokol və işgüzar etiket qaydalarının tətbiqi üzrə dəstək göstərmək.
Tələblər:
Ali təhsil; beynəlxalq münasibətlər, dövlət idarəetməsi, xarici dillər və əlaqəli ixtisaslara üstünlük verilir;Protokol, beynəlxalq əlaqələr, tədbirlərin təşkili, inzibati idarəetmə və ya əlaqəli sahələrdə minimum 2 il iş təcrübəsi;Rəhbər şəxslərin iştirakı ilə rəsmi görüş və tədbirlərin təşkilində təcrübə üstünlükdür;Diplomatik və korporativ protokol, işgüzar etiket və rəsmi ünsiyyət qaydaları üzrə biliklər;Rəsmi və işgüzar yazışmaların hazırlanması bacarığı;MS Office proqramlarında sərbəst işləmək bacarığı;Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;Yüksək təşkilatçılıq, koordinasiya və təqdimat bacarıqları;Detallara diqqət, operativlik, məsuliyyətlilik və diplomatik ünsiyyət tərzi;Ezamiyyətlərə və zərurət yarandıqda qeyri-standart iş rejimində çalışmağa hazırlıq.
Biz nə təklif edirik?Peşəkar və dinamik iş mühiti;Rəhbərlik səviyyəsində rəsmi görüş və tədbirlərlə işləmək imkanı;Karyera və peşəkar inkişaf imkanları;
Vakansiya növü: Tam ştat
Şirkət: Baku Steel Company
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/bakusteel/bakusteel-protokol-uzre-mutexessis-aparici-mutexessis-47085434/apply