Prayk

Quantity Surveyor / Cost Engineer (Həcmlər və Məxaric üzrə Mütəxəssis / Smeta Mühəndisi)

1 000 ₼
Проверено3 дн. назад
Город
Qəbələ
Дата
Просмотры
5
Номер
№3973890

Описание

Renova-Aztürk MMC komandamıza qoşulacaq təcrübəli Quantity Surveyor / Cost Engineer axtarır.📍 İş yeri: Qəbələ (tikinti sahəsində)🕒 Məşğulluq növü: Müqavilə əsasında📄 Müqavilə müddəti: Tikinti dövrünün sonunadək🔹 Vəzifə öhdəlikləri:-İş həcmlərinin hesablanması, BOQ-nin (İş Həcmləri Cədvəli) yoxlanılması və idarə edilməsi.-Aralıq Ödəniş Sertifikatlarının (IPC) və subpodratçıların təhvil-təslim aktlarının hazırlanması və yoxlanılması.-FIDIC şərtlərinə uyğun olaraq Dəyişikliklərin (Variations) və kommersiya iddialarının (Claims) qiymətləndirilməsi və müşayiəti.-Layihə büdcəsinə nəzarət və xərclər üzrə hesabatların (Cost Report) hazırlanması.-Subpodratçıların və təchizatçıların kommersiya təkliflərinin təhlili, yekun hesablaşmaların (Final Account) hazırlanmasında iştirak.🔹 Namizədə tələblər:-Müvafiq sahə üzrə ali təhsil.-İxtisas üzrə minimum 5 il iş təcrübəsi.-Həm ümumi tikinti (Fit-out / İnşaat), həm də MEP (Mexanika, Elektrik, Santexnika) işləri üzrə həcmlərin hesablanması təcrübəsi.-Azərbaycanın smeta-normativ bazasını bilmək.-Otel tikintisi layihələrində, həmçinin istismara vermə və təhvil-təslim mərhələlərində iş təcrübəsinin olması arzuolunandır.-Azərbaycan dilini sərbəst bilmək.-İngilis dilini sərbəst bilmək (mütləqdir).-Rus dilini bilmək (arzuolunandır).-FIDIC standartları üzrə sənəd dövriyyəsi və müqavilə idarəetmə qaydalarını bilmək.-Sənəd dövriyyəsi sistemləri (CDE: Aconex və ya analoqu) ilə işləmək təcrübəsi.🔹 Proqram təminatı bilikləri:-AutoCAD: Mütləqdir.-MS Office (Word, Excel, Outlook): Əla səviyyədə.-Revit / BIM: Arzuolunandır.-MS Project və ya Primavera P6: Arzuolunandır.Adobe Acrobat / Bluebeam (PDF çertyojları ilə iş və qeydlərin aparılması): Arzuolunandır.🔹 İş şəraiti:İşə başlama: Müqavilə bağlandıqdan dərhal sonra.Yaşayış yeri və nəqliyyat: Razılaşma yolu ilə.Əməkhaqqı: Razılaşma yolu ilə.📩 Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Quantity Surveyor / Cost Engineer – Qəbələ” qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:📧 [email protected]

Похожие объявления