Orqanik quru südlü qarışıq Kendamil Organic 3 Böyük Britaniyada tam inək südü istifadə edilərək hazırlanmışdır, vegetarian, palma yağı, şəkər və GMO-suzdur. Kendamil Organic 3 qarışığı omega-3 DHA, omega-6 ARA, HMO-lar, prebiotilər, həmçinin bir çox vitamin və minerallar daxildir. Əsas üstünlüklər: 1. Hər bir Kendamil qabı Dünya irsi UNESKO-nun obyekti olan İngiltərə Göl bölgəsində yerləşən Kendal şəhərində sevgi ilə istehsal edilir və inqredientləri Kambriyanın, Somersetin və Yorkşirin ailə fermalarından əldə edilir. 2. Kendamil Organic qarışığı məhsulunun istehsalında süni pestisidlər, herbisidlər, steroidlər, kimyəvi maddələr və ya aqressiv metallardan istifadə edilməyən, orqanik mənşəli məhsulların istifadə edildiyini təmin edən EU Organic Bio sertifikatını almışdır. 3. Tam inək südü MFGM-dən. MFGM (Milk Fat Globule Membrane - süd yağının qlobul membranı) - insan ana südündə mövcud olan lipid-protein membranın yanaşı unik bir strukturdur. Beyin inkişafına, bağırsaq funksiyasına, immun müdafiəyə müsbət təsir edir, həmçinin ürək-damar patologiyasının profilaktikasını təmin edir. 4. Ana südü komponenti daxildir. HMO-lar (Human Milk Oligosaccharides - insan südü oligosaxaridləri) - uşağa təbii prebiotik olan ana südünün əsas komponentlərindən biridir. Bağırsaq mikroflorasının normal inkişafını təmin edir və mədə-bağırsaq narahatlıqlarının (kollik, qəbizlik) simptomlarının tezliyini azaltmağa kömək edir. İnfeksiyaların yoluxma ehtimalını azaldır və immun sisteminin formalaşmasına cavabdehdir. Qarışığın tərkibini ana südünü tərkibinə maksimal dərəcədə yaxınlaşdırır. 5. Palma yağı, GMO və soya tərkibli deyil, bu da kalsiumun daha yaxşı mənimsənməsinə və uşağın həzm sistemində qəbizlik və digər problemlərin azalmasına kömək edir. 6. Təbii allergen olan balıq yağı tərkibli deyil. Omega-3 DHA dəniz yosunlarından əldə edilir, bu da uşağınız və okeanlarımız üçün daha yaxşıdır.
© birmarket.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.