
2
Rəqəmsal Marketinq üzrə Mütəxəssis
Rəqəmsal Marketinq üzrə Mütəxəssis
По договорённости
Проверено1 нед. назад
Дата
Просмотры2
Номер№4638186
Описание
Namizədə olan tələblər:
Ali təhsil;
Digital marketinq sahəsində minimum 1 il iş təcrübəsi;
Google Ads və Meta Ads reklam kampaniyalarının idarə olunması və Google Analytics 4 və reklam nəticələrinin təhlili bacarığı;
Lead generation və sosial media idarəçiliyi üzrə biliklər;
SEO və rəqəmsal marketinq alətləri haqqında baza bilikləri;
Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək;
Regionlara ezamiyyətə hazır olmaq.
Vəzifə öhdəlikləri:
Şirkətin digital marketinq strategiyasını hazırlamaq və rəhbərliklə razılaşdırılmış illik və aylıq planlar əsasında həyata keçirmək;
Google Ads (Search, Display, YouTube) və Meta Ads (Facebook, Instagram) platformalarında reklam kampaniyalarını qurmaq, idarə etmək və optimallaşdırmaq;
Traktor, kombayn, aqreqat və digər texnikalar üzrə məhsul əsaslı və mövsümi (əkin, biçin) kampaniyalar planlaşdırmaq;
Lizinq, subsidiya və xüsusi təkliflər üzrə lead toplama kampaniyaları təşkil etmək;
Reklamlardan daxil olan müraciətlərin CRM sisteminə (Bitrix24) düzgün ötürülməsini təmin etmək və satış komandası ilə lead keyfiyyətini izləmək;
Reklam büdcəsini planlaşdırmaq, xərcləri nəzarətdə saxlamaq və büdcəni ən effektiv kanallar arasında bölüşdürmək;
Google Analytics 4, Google Tag Manager və Meta Pixel vasitəsilə sayt trafikini, istifadəçi davranışını və konversiyaları izləmək;
Kampaniyaların nəticələri (CTR, CPC, CPL, ROAS, konversiya) üzrə həftəlik və aylıq hesabatlar hazırlamaq;
Saytın SEO göstəricilərini izləmək, axtarış sistemlərində mövqelərin yaxşılaşdırılması üçün təkliflər vermək;
Sosial media hesablarının strategiyasını müəyyən etmək və kontent planının icrasına nəzarət etmək;
Kopirayter, dizayner və videoqrafla birlikdə reklam vizuallarının və mətnlərinin hazırlanmasını koordinasiya etmək;
A/B testləri aparmaq (reklam mətnləri, vizuallar, landing page-lər) və nəticələrə əsasən kampaniyaları təkmilləşdirmək;
E-poçt, SMS və WhatsApp vasitəsilə müştərilərə yönəlik kampaniyalar təşkil etmək;
Sərgi, festival və regional tədbirlərin digital təbliğatını həyata keçirmək;
Rəqib şirkətlərin digital fəaliyyətini və bazar tendensiyalarını müntəzəm təhlil etmək;
Yeni digital alətləri və imkanları araşdırmaq, şirkətdə tətbiqinə dair təkliflər vermək
İş şərtlərimiz:
Əmək haqqı: müsahibə əsasında;
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal Marketinq üzrə Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2647&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 15.11.2026
Источник объявления
Открыть оригинал объявления© Prior Leasing jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
РЕКЛАМА







