
7
Rus bölməsi üzrə tərbiyəçi

600 ₼
Rus bölməsi üzrə tərbiyəçi
ПровереноВчера
Дата
Просмотры7
Номер№4947381
Описание
Bağçam Uşaq Bağçaları komandamıza 3–4 yaşlı uşaqlardan ibarət yaş qrupunda çalışacaq, rus dilini sərbəst bilən, qayğıkeş və məsuliyyətli tərbiyəçi axtarırıq!
İş şəraiti:
İş qrafiki: Həftənin 5 günü, saat 08:00–18:00
Əmək haqqı: 600 AZN
Bölmə: Rus bölməsi
Yaş qrupu: 3–4 yaş
Namizədə tələblər:
Məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali və ya orta ixtisas təhsili;
Rus dilini sərbəst bilmək və uşaqlarla gündəlik ünsiyyəti rus dilində aparmaq bacarığı;
3–4 yaşlı uşaqlarla işləmək bacarığı və təcrübəsi arzuolunandır;
Erkən yaş dövrünün inkişaf xüsusiyyətlərini bilmək;
Uşaqların nitq, təfəkkür, motorika və sosial bacarıqlarının inkişafına dəstək olmaq;
Səbirli, qayğıkeş, yaradıcı və məsuliyyətli olmaq;
Uşaqların təhlükəsizliyini və gigiyenasını təmin etmək;
Komanda ilə işləmək və valideynlərlə düzgün ünsiyyət qurmaq bacarığı;
Bağçanın daxili qaydalarına və təlim-tərbiyə standartlarına riayət etmək.
Əsas vəzifələr:
3–4 yaşlı uşaqlar üçün gündəlik fəaliyyət və məşğələlər təşkil etmək;
Oyun əsaslı öyrənmə metodlarından istifadə etmək;
Rus dilində nitq və ünsiyyət bacarıqlarının inkişafını dəstəkləmək;
Uşaqların özünəxidmət, müstəqillik və sosiallaşma bacarıqlarını inkişaf etdirmək;
Uşaqların emosional vəziyyətini və fərdi ehtiyaclarını nəzərə almaq;
Qrupda təhlükəsiz, mehriban və inkişafetdirici mühit yaratmaq;
Uşaqların inkişafını müşahidə etmək və nəticələri izləmək;
Valideynləri uşaqların gündəlik fəaliyyəti və inkişafı barədə məlumatlandırmaq.
Bizim komandamıza qoşulun!
Uşaqların inkişafına töhfə vermək, öz bilik və bacarıqlarını tətbiq etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 600 AZN
Son müraciət tarixi: 21.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/bagcam-preschool-network-rus-bolmesi-uzre-terbiyeci-154371
РЕКЛАМА






