
2
Sales manager

По договорённости
Sales manager
Анализ идётСегодня
Дата
Просмотры2
Номер№5257935
Описание
Paul Mitchell peşəkar saç baxımı məhsullarının Azərbaycanda distribütoru olan komandamıza aktiv və nəticəyönümlü Sales Manager axtarırıq.
Əsas vəzifələr:
Bakı üzrə salonlara mütəmadi səfərlər etmək və yeni müştərilər cəlb etmək;
Mövcud tərəfdaşlarla əlaqələri inkişaf etdirmək və satış həcmini artırmaq;
Məhsulları təqdim etmək, sifarişləri qəbul etmək və sifariş prosesini izləmək;
Müştəri bazasını genişləndirmək və təkrar sifarişləri təmin etmək;
Satış planı və müştəri ziyarətləri üzrə hesabatlar hazırlamaq.
Namizədə tələblər:
Aktiv satış və müştərilərlə ünsiyyət bacarığı;
Danışıqlar aparmaq və satış imkanlarını müəyyən etmək bacarığı;
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət;
Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
Şəhər üzrə müştərilərə səfər etməyə hazır olmaq;
Satış sahəsində təcrübə üstünlükdür. Beauty sahəsində təcrübə mütləq deyil.
Biz təklif edirik:
Sabit əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
Beynəlxalq brendlə işləmək imkanı;
Məhsullar üzrə təlim və peşəkar inkişaf;
İnkişaf edən biznesdə uzunmüddətli karyera perspektivi.
Müraciət üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərin və mesajda “Sales Manager” qeyd edin.
Son müraciət tarixi: 28.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/paul-mitchell-azerbaijan-sales-manager-154965
РЕКЛАМА







