Samokat 601 - balacalar üçün ən yaxşı samokatlardan biridir, davamlı, dayanıqlı, yüngül, sükan dirəyi hündürlüyə görə tənzimlənir - uşaqla birlikdə böyüyür! İşıqlı təkərlər əyləncəli əhval-ruhiyyə yaradır! Scooter Mini samokatının əvəzolunmaz üstünlüyü onun dayanıqlığıdır. Samokatın təkərləri elə yerləşdirilib ki, üçbucaq əmələ gətirir. Samokatda sürərkən uşağın ağırlıq mərkəzi iki ön təkərə daha yaxın yerləşir ki, bu da samokatın yana aşma ehtimalını aradan qaldırır. Dönüşlər üçün tətbiq edilən lever sistemi sayəsində samokatın idarə olunması çətinlik yaratmır. Dönülməsi lazım olan tərəfə əyilmək və ya sükanı əymək kifayətdir, ön təkərlər lazım olan istiqamətə dönür. Dökümlü poliuretan təkərlər yol ilə mükəmməl təmas və səssiz sürüşməni təmin edir. İdarə etmə rahatlığı və uşağın komfortu üçün samokatın sapları əlverişli materialdan (rezin) hazırlanmışdır ki, əllərin sürüşməsinin qarşısını alır. Samokat arxa təkərində yerləşdirilmiş ayaq tormozu ilə təchiz olunub. Gücləndirilmiş plastikdən hazırlanmış bu yüngül samokat 2-5 yaşlı uşaqlar üçün idealdır.
© birmarket.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.