Prayk

Satıcı-məsləhətçi

По договорённости
ПровереноВчера
Город
Bakı
Категория
Продажи
Дата
Просмотры
1
Номер
№5000685

Описание

Adore mağazalar şəbəkəsi komandasına satıcı-məsləhətçiləri dəvət edir! Ətirlər və kosmetika dünyasını sevirsinizsə, insanlarla ünsiyyətdən zövq alırsınızsa və əməyinizin nəticəsini qazancınızda görmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq. Təkliflərimiz: 5 günlük iş qrafiki: həftədə 2 istirahət günü (növbəli: 10:00-19:00 / 13:00-22:00); Güclü bonus sistemi: sabit maaş + fərdi satışdan faiz. Bonusun yuxarı həddi yoxdur: qazancınız yalnız sizin nəticənizdən asılıdır; Əməkdaşlar üçün məhsullara endirim; Rəsmi əmək müqaviləsi və sosial sığorta; Məhsul biliyi və satış texnikası üzrə müntəzəm təlimlər, brend treninqləri; Karyera yüksəlişi imkanı. Vəzifə öhdəlikləri: Müştərilərlə əlaqə qurmaq, onların ehtiyaclarını müəyyən etmək və uyğun ətir və kosmetik məhsulların seçilməsində kömək göstərmək; Məhsulların tərkibi, xüsusiyyətləri və istifadə qaydası barədə peşəkar məsləhət vermək; Yüksək xidmət standartlarını təmin etmək; Rəflərdə məhsulların mövcudluğuna və düzülüşünə nəzarət etmək, sifarişlərin hazırlanmasında mağaza rəhbərinə kömək etmək; Aksiya və kampaniyaların keçirilməsində, satışı stimullaşdıran tədbirlərdə fəal iştirak etmək. Namizədə tələblər: Satış sahəsində ən azı 1 il iş təcrübəsi (kosmetika və parfümeriya satışında təcrübə üstünlükdür); Azərbaycan dilini əla, rus dilini danışıq səviyyəsində bilmək; ingilis dili bilikləri üstünlükdür; Kosmetika, parfümeriya və dəriyə qulluq trendlərinə maraq; Makiyaj bacarıqları (vizajist sertifikatı üstünlükdür); Ünsiyyətcillik, aktivlik, məsuliyyət və dəqiqlik; Komandada işləmə bacarığı; Aydın nitq, səliqəli görünüş və korporativ standartlara riayət. CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və mövzu hissəsində Satıcı-məsləhətçi qeyd edin. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/200515/satici-meslehetci
РЕКЛАМА