🏡 TƏCİLİ SATILIR — BİLƏCƏRİ, HƏRBİ ŞƏHƏRCİKDƏ GENİŞ 3 OTAQLI MƏNZİL!
📍 Ünvan: Biləcəri qəsəbəsi, Hərbi şəhərcik, FHN Tibb Mərkəzinin arxası
🚇 “Avtovağzal” metrosuna piyada 15 dəqiqə
🏢 3 mərtəbəli daş binanın 1-ci mərtəbəsi
📐 Sahə: 113,5 m²
🛏️ 3 otaq
📄 Sənəd: Çıxarış (kupça)
🔑 Qeydiyyatda heç kim yoxdur
💰 Real alıcıya endirim olunacaq!
Mənzil çox sakit və əlverişli ərazidə, 3 mərtəbəli daş binanın 1-ci mərtəbəsində yerləşir. Bina alman layihəsi əsasında inşa olunub və divarların qalınlığı 55 sm-dir.
✨ Mənzil tam təmirli, geniş və çox funksional planlamaya malikdir. Ev skvoznoy/yelçəkəndir. Otaqların girişləri ayrıdır, hər otağa pəncərə düşür və mənzil peredelka deyil.
🔥 İstilik sistemi: kombi + isti döşəmə + 5 ədəd radiator
💧 Su, qaz və elektrik enerjisi daimidir
🌐 Sürətli internet mövcuddur
🪟 2 eyvan və bütün pəncərələr təhlükəsizlik məqsədilə dəmir barmaqlıqlarla təchiz olunub.
🔨 Təmir zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub:
“Kale” kilidli seyf tipli giriş qapısı;
Otaqlarda keyfiyyətli ingilis qapıları;
Yüksək keyfiyyətli emulsiya;
Tavanlarda gizli işıqlandırma;
Müasir və funksional sanitar qovşaq.
🚿 Sanitar qovşaqda həyətə açılan fortoçka/nəfəslik mövcuddur. Beləliklə, təbii havalandırma və təmiz hava axını təmin olunur. Bundan əlavə, paltaryuyan maşın üçün ayrıca texniki zona ayrılıb.
🌳 Həyət və əlavə imkanlar:
Evin qarşısında 64 m² bağ sahəsi;
Arxa hissədə 40 m² (8×5 m) sahədə yay zonası/naves yaratmaq imkanı;
Həyətdə uşaq meydançası;
Geniş avtomobil dayanacağı;
Blok və həyət mütəmadi təmizlənir;
Giriş kod sistemi ilə qorunur.
📍 Ətraf infrastrukturu çox əlverişlidir: yaxınlıqda məktəblər, uşaq bağçası, marketlər, apteklər, bərbərxanalar, dərzi, gözəllik salonları, meyvə-tərəvəz mağazaları və digər gündəlik tələbat obyektləri yerləşir.
⚠️ Qeyd: Mənzilə aid sənəd — çıxarışdır (kupça). Qeydiyyatda heç kim yoxdur. Arxa hissədəki 40 m² sahə sənədsizdir.
🚨 Xarici ölkəyə köçmə səbəbilə mənzil təcili satılır və mebellərlə birlikdə təqdim olunur.
🛋️ MƏNZİLDƏ QALACAQ ƏŞYA VƏ AVADANLIQLAR:
• Mətbəx mebeli — masa və 4 oturacaq daxil;
• “Hitachi” soyuducu;
• “Gorenje” 13 nəfərlik qabyuyan maşın;
• Quraşdırılmış soba (duxovka);
• “Bosch” paltaryuyan maşın — 8 kq;
• Dəhlizdə böyük divar şkafı/dolab;
• Yataq otağı dəstinə aid 2 ədəd mini şifonyer/tumba;
• 160×200 sm ölçüdə bazalı taxt çarpayı;
• Uşaq otağında 2 ədəd 90×200 sm ölçüdə bazalı çarpayı;
• Uşaq otağında böyük şkaf və TV stendi;
• Uşaq otağında ikinəfərlik yazı masası;
• Bazalı, açılaraq çarpayıya çevrilən divan;
• Qonaq otağında TV stendi;
• “Gorenje” Wi-Fi ilə təchiz olunmuş, uzaqdan idarə edilə bilən kondisioner;
• “Sony” televizor — 127 sm;
• 8 nəfərlik açılan masa;
• Qonaq otağı üçün 6 ədəd oturacaq;
• Reverse Osmosis su filtri — 1500 AZN dəyərində;
• 4 dəst pərdə;
• Kombi və metal, seyf tipli kombi şkafı.
📌 Geniş sahəsi, yelçəkən planlaması, 55 sm qalınlığında divarları, bağ sahəsi və sakit yerləşməsi ilə həm rahat yaşayış, həm də ailə üçün
© Ali · bina.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.