Masazır qəsəbəsi Əliağa Vahid küçəsi 5 ünvanında yerləşən sahəsi 360 kv.m olan 6 otaqlı bağ evi satılır.
Mərkəzdə məktəblə üzbəüz yerləşən ikimərtəbəli evin sahəsi (12*15) m. Ümumi torpaq sahəsi 0,08 hektar olan evin damı Almaniya istehsalı olan metal şiferdəndir. Birinci mərtəbədə yay verandası, iki qonaq otağı və küçəyə çıxışı olan iki köməkçi otaq (18 kv.m, 50 kv.m) var. Küçəyə çıxışı olan otaqlardan obyekt kimi istifadə etmək olar. İkinci mərtəbənin döşəməsi mozaika parketdəndir. Orada iki yataq otağı (18, 24 kv.m) var. İkinci mərtəbədəki (50 kv.m) qonaq otağında qaz kamin var. Həmçinin bağlı veranda (50 kv.m), mətbəx, iki hamam, 2 ədəd split kondisioner, şəhər telefonu, internet, NTV paketi, krosna antenası var. Ev iki su xətti (Şollar və Ceyranbatan) ilə təmin olunub, həyətdə ehtiyat üçün 6 tonluq su çəni, çoxlu meyvə ağacları da (albalı, ərik, armud, gilas, alma, üzüm, heyva, xurma, badam, muşmula) var. Sənədlər qaydasındadır. Torpağın və evin kupçası var.
© Агаселим · bina.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.