Binəqədi istiqamətindən gələrkən Novxanı kəndinin girişində, yanacaqdoldurma məntəqəsinə təxminən 100 metr qalmış, magistral yolun kənarında yerləşən, 2.5 hektar sahəyə malik perspektivli obyekt satılır. Kənd təsərrüfatı təyinatlı bu torpaq sahəsi ətrafdan tam olaraq Qaradağ kubik daşı ilə 3.4 metr hündürlüyündə hasarlanmışdır və hasarın yarıyadək hissəsi ikiqat hörülmüşdür. Ərazidə iri tonnajlı yük avtomobillərinin və furaların rahat giriş-çıxışı üçün 2 böyük darvaza, 2 mərtəbəli və 8 otaqdan (6 iş otağı, həmçinin 1 mətbəx və 3 sanitar qovşağı) ibarət ofis binası, 2 ədəd güclü qazanla təchiz olunmuş xüsusi qazanxana, həmçinin 2 ədəd 50 tonluq və 1 ədəd 10 tonluq su çənləri mövcuddur. Əvvəllər irihəcmli istixana kompleksi kimi fəaliyyət göstərmiş bu obyekt 4-5 km məsafədən xüsusi çəkilmiş 5000 voltluq, 1-ci kateqoriyalı daimi və kəsintisiz elektrik enerjisi, eləcə də mərkəzi su xətti və şəxsi su quyusu ilə təmin edilmişdir. Obyektin sənədləri tam qaydasındadır və alqı-satqıya hazırdır; torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən Çıxarış (Kupça), həmçinin qaz və elektrik təchizatı üzrə bütün rəsmi icazə sənədləri var. Satış qiyməti mövcud bazar reallıqları nəzərə alınmaqla alqı-satqı zamanı yerində, razılaşma yolu ilə müəyyən ediləcəkdir. Elan ciddi iş adamları və investorlar üçün nəzərdə tutulmuşdur. Əlaqə telefonu
© Oqtay · bina.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.