Prayk

Satınalma sektorunun müdiri

По договорённости
ПровереноСегодня
Город
Bakı
Категория
Продажи
Дата
Просмотры
1
Номер
№6105616

Описание

Vəzifə öhdəlikləri: Satınalma sektorunun fəaliyyətinin təşkili, əməkdaşlar arasında iş bölgüsünün aparılması və tapşırıqların icrasına nəzarət; Layihələr və struktur bölmələr üzrə satınalma tələbatlarının müəyyənləşdirilməsi, satınalma planlarının və təchizat qrafiklərinin hazırlanması; Material, avadanlıq və xidmətlər üzrə texniki tələblərin aidiyyəti bölmələrlə dəqiqləşdirilməsi və qiymət sorğularının hazırlanması; Yerli və xarici bazarların araşdırılması, alternativ təchizatçı və istehsalçıların müəyyən edilməsi, təchizatçı bazasının yaradılması və yenilənməsi; Təkliflərin qiymət, texniki uyğunluq, keyfiyyət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə müqayisəsinin təşkili; Təchizatçı və podratçılarla kommersiya danışıqlarının aparılması, əlverişli qiymət və müqavilə şərtlərinin razılaşdırılması; Satınalma sifarişlərinin və müqavilələrin hazırlanmasının əlaqələndirilməsi, təsdiq prosesinin və müqavilə öhdəliklərinin icrasının izlənilməsi; Sifarişlərin istehsal, yoxlama, daşınma və təhvil mərhələlərinin izlənilməsi, gecikmə və uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlərin görülməsi; Logistika, anbar, maliyyə və texniki bölmələrlə satınalma proseslərinin əlaqələndirilməsi; Satınalma xərclərinin təsdiqlənmiş büdcəyə uyğunluğuna nəzarət və xərclərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması; Təchizatçıların fəaliyyətinin qiymətləndirilməsi, satınalma risklərinin müəyyən edilməsi və alternativ təchizat imkanlarının təmin olunması; Satınalma fəaliyyəti, sifarişlərin vəziyyəti və əldə edilmiş qənaət üzrə hesabatların rəhbərliyə təqdim edilməsi. Namizədə olan tələblər: Satınalma və təchizat sahəsində minimum 5 il, o cümlədən rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi; Neft-qaz, tikinti və ya sənaye layihələri üzrə satınalma təcrübəsi; Yerli və beynəlxalq satınalma prosesləri, müqavilə şərtləri və Incoterms üzrə biliklər; Texniki spesifikasiyalar və kommersiya təklifləri ilə işləmək bacarığı; MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı; Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək; rus dili biliyi üstünlükdür; Komandanın idarə edilməsi, danışıqların aparılması, analitik düşünmə və operativ qərarvermə bacarığı. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət edənlərin vakansiyanın adını qeyd edərək müraciət etmələri xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/206752/satinalma-sektorunun-mudiri
РЕКЛАМА