Prayk
Satınalma üzrə aparıcı mütəxəssis — Vakansiyalar, Bakı
По договорённости

Satınalma üzrə aparıcı mütəxəssis

ПровереноСегодня
Город
Bakı
Категория
Вакансии
Дата
Просмотры
2
Номер
№5936795

Описание

Şirkətin istehsal müəssisələrinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə xammal, material və digər istehsal ehtiyatları üzrə strateji və operativ satınalma proseslərini mövcud prosedurlara uyğun, vaxtında və iqtisadi cəhətdən səmərəli şəkildə təşkil etmək və həyata keçirmək.İstehsal müəssisələrinin ehtiyaclarına uyğun olaraq xammal, material və digər istehsal ehtiyatlarının satınalma proseslərini planlaşdırmaq, təşkil etmək və icrasını təmin etmək;İstehsal planlarını və mövcud ehtiyatları nəzərə alaraq satınalma tələbatını müəyyənləşdirmək, sifarişlərin vaxtında yerləşdirilməsini və icrasını təmin etmək;İstehsal prosesinin fasiləsizliyini təmin etmək məqsədilə strateji əhəmiyyətli satınalmaları prioritetləşdirmək və operativ şəkildə idarə etmək;Yerli və beynəlxalq bazarlarda potensial təchizatçıları araşdırmaq, alternativ təchizat mənbələri müəyyənləşdirmək və yeni əməkdaşlıq imkanları yaratmaq;Təchizatçılardan kommersiya təklifləri toplamaq, qiymət, keyfiyyət, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə müqayisəli təhlillər aparmaq;Təchizatçılarla peşəkar kommersiya danışıqları aparmaq, şirkətin maraqlarına uyğun optimal qiymət, ödəniş və çatdırılma şərtlərinin əldə edilməsini təmin etmək;Satınalma sifarişlərinin icrasına nəzarət etmək, yarana biləcək gecikmə və uyğunsuzluqların operativ həlli üçün müvafiq tədbirlər görmək. Tələblər: Təhsil: Ali;İş təcrübəsi: minimum 3-5 il;Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri;Kompüter bilikləri: Word, Excel, Outlook və 1C; İş şəraiti:İş saatı: 09:00-dan 18:00-dək;İstirahət: Şənbə və bazar günü;İş yeri: Luxen Plaza. Biz nə təklif edirik:         Əmək haqqı (Razılaşma yolu ilə);Şəhərin mərkəzində ofis;Dinamik və gənc komanda ilə iş imkanı. Vakansiya növü: Tam ştat Şirkət: Mətanət A Şirkətlər Qrupu Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/matanata/matanata-satinalma-uzre-aparici-mutexessis-91879503/apply
РЕКЛАМА