Prayk

Satınalma üzrə baş mütəxəssis

1 200 ₼
Проверено3 нед. назад
ГородBakı
КатегорияПродажи

№5567919·Просмотры: 4

Описание

Əsas vəzifə və öhdəliklər: Yerli və xarici satınalma proseslərinin təşkili və idarə edilməsi; Daxili və beynəlxalq bazar araşdırmalarının aparılması, uyğun təchizatçıların seçilməsi; Xarici təchizatçılarla əlaqələrin qurulması, işgüzar yazışmaların və danışıqların aparılması; Yerli və xarici təchizatçılardan kommersiya təkliflərinin alınması, təhlili və müqayisə edilməsi; Qiymət, ödəniş və çatdırılma şərtləri üzrə danışıqların aparılması; Xarici satınalmalar üzrə sifarişlərin yerləşdirilməsi və icrasına nəzarət edilməsi; Beynəlxalq logistika və daşınma proseslərinin təşkili və koordinasiyası; Yüklərin daşınması, çatdırılma müddətləri və nəqliyyat xərclərinin optimallaşdırılması; İdxal, gömrük rəsmiləşdirilməsi və müvafiq sənədləşmə proseslərinin izlənilməsi; Beynəlxalq çatdırılma şərtlərinin (Incoterms) tətbiqi və nəzarətdə saxlanılması; Müqavilələrin və sifarişlərin hazırlanmasına nəzarət edilməsi; Malların vaxtında, tələb olunan keyfiyyətdə və sərfəli şərtlərlə təmin olunmasının təşkili; Satınalma və logistika üzrə hesabatların hazırlanması. Namizədə dair tələblər: Ali təhsil; Satınalma və logistika sahəsində 3–5 il müvafiq iş təcrübəsi; Xarici satınalma və beynəlxalq logistika sahəsində praktiki təcrübə; Xarici təchizatçılarla işgüzar yazışma və danışıqlar aparmaq bacarığı; İngilis dili biliyi (xarici təchizatçılarla ünsiyyət və yazışmalar üçün); İdxal, gömrük prosedurları və beynəlxalq daşınma qaydaları haqqında məlumatlı olmaq; Incoterms beynəlxalq ticarət şərtlərini bilmək; MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək; Analitik düşünmə və kommersiya təkliflərini təhlil etmək bacarığı; Planlaşdırma, koordinasiya və problem həll etmə bacarığı; Məsuliyyətlilik, dəqiqlik və operativlik; Komanda ilə işləmək bacarığı; Kişi namizədlər. İş təcrübəsi: 3–5 il; İş şərtləri: Əmək haqqı: 1200–1500 AZN; İş istiqaməti: Yerli və xarici satınalma, beynəlxalq logistika; Peşəkar inkişaf və təcrübəyə uyğun iş mühiti. Nahar: Şirkət tərəfindən təmin olunur; Servis: Yeni suraxanı dairəsi və Binə qəsəbəsindən mövcuddur. İş qrafiki və ünvan: İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00; İş ünvanı: Binə qəsəbəsi. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından istifadə edilməsi xahiş olunur: “Satınalma və Logistika Mütəxəssisi” E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/203719/satinalma-uzre-bas-mutexessis
РЕКЛАМА