İş şəraiti
İş yeri: Nərmanov / Ə.Rəcəbli
İş rejimi: Tam iş günü
Vəzifə öhdəlikləri
Daxil olan satınalma sorğularının qəbul edilməsi və təhlili;
Yerli və xarici təchizatçıların araşdırılması və yeni təchizatçıların cəlb edilməsi;
Məhsul və xidmətlər üzrə bazar araşdırmasının aparılması;
Təchizatçılardan kommersiya təkliflərinin alınması və müqayisəli təhlilinin hazırlanması;
Qiymət, keyfiyyət və çatdırılma şərtlərinin optimallaşdırılması;
Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət edilməsi;
Təchizatçılarla danışıqların aparılması və əməkdaşlıq münasibətlərinin qurulması;
Sifarişlərin vaxtında və tələb olunan keyfiyyətdə çatdırılmasının təmin edilməsi;
Müqavilə, hesab-faktura və digər satınalma sənədlərinin hazırlanması və nəzarətdə saxlanılması;
Satınalma prosesi üzrə hesabatların hazırlanması.
Namizədə tələblər
Ali təhsil (iqtisadiyyat, biznesin idarə edilməsi və ya müvafiq sahələr üzrə təhsil üstünlükdür);
Satınalma və ya təchizat sahəsində minimum 3 il iş təcrübəsi;
Satınalma prosedurları və təchizat zənciri üzrə biliklər;
MS Office, xüsusilə Excel proqramı ilə işləmək bacarığı;
Danışıqlar aparmaq və analitik düşünmə qabiliyyəti;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Komandada işləmək bacarığı;
İngilis və rus dillərini bilmək;
Təchizat (supply) şirkəti təcrübəsi olaması üstünlükdür.
Şirkət tərəfindən təklif olunur
Rəqabətə və vəzifəyə (kiçik,aparıcı və baş mütəxəssis) uyğun əməkhaqqı;
Peşəkar və dinamik iş mühiti;
Karyera və peşəkar inkişaf imkanları;
5 günlük iş rejimi;
Əmək qanunvericiliyinə uyğun rəsmi işə qəbul.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/209094/satinalma-uzre-mutexessis
РЕКЛАМА
Мы используем файлы cookie Аналитика — только с вашего согласия; необходимые cookie активны всегда.Политика конфиденциальности