
Bakı1
Satış ekspeditoru (Meyvə-tərəvəz)
Satış ekspeditoru (Meyvə-tərəvəz)
500 ₼
ПровереноВчера
Описание
İş şəraiti
Əməkhaqqı: 500–1.500 AZN + avtomobil xərclərinin kompensasiyası
İş yeri: Bakı şəhəri
İş qrafiki: 6 günlük iş həftəsi
Sabit əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi;
Yanacaq xərclərinin qarşılanması;
Şəxsi avtomobilin texniki xidmət və amortizasiya xərclərinin kompensasiyası;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.
Vəzifə öhdəlikləri
Təyin olunmuş ərazi üzrə yeni müştərilərin (market və ticarət obyektlərinin) cəlb edilməsi və əməkdaşlıq əlaqələrinin qurulması;
Müştərilərlə kommersiya danışıqlarının aparılması, satış qiymətlərinin və əməkdaşlıq şərtlərinin şirkətin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində razılaşdırılması;
Müştərilərdən gündəlik sifarişlərin qəbul edilməsi, qeydiyyata alınması və icra üçün müvafiq bölməyə ötürülməsi;
Müştərilərlə müqavilələrin və satışla bağlı digər sənədlərin rəsmiləşdirilməsinin təşkili;
Sifarişlərin vaxtında və düzgün çatdırılmasının izlənilməsi, yaranan məsələlərin operativ həlli;
Müştərilərlə qarşılıqlı hesablaşmaların aparılması, debitor borclarına və ödənişlərin vaxtında daxil olmasına nəzarət;
Mövcud müştəri bazasının inkişaf etdirilməsi və təkrar sifarişlərin artırılması;
Satış, sifariş və daxilolmalar üzrə gündəlik hesabatların təqdim edilməsi.
Namizədə tələblər
Şəxsi avtomobilinin olması (mütləqdir);
Satış və ya ekspeditor sahəsində iş təcrübəsi;
Qida məhsullarının distribusiyası üzrə təcrübəyə üstünlük verilir;
Bakı şəhərinin ərazilərini və market sektorunu yaxşı tanımaq;
Müştərilərlə danışıqlar aparmaq və satış bacarığı;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Satış ekspeditoru” başlığı ilə göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/198184/satis-ekspeditoru-meyve-terevez
РЕКЛАМА













