Inomarka Avtosalonu komandamıza müştəri ilə ünsiyyəti güclü, satış sahəsində inkişaf etmək istəyən Satış Menecerləri axtarır.
Əsas vəzifələr:
Avtomobillərin müştərilərə təqdim edilməsi və satışının həyata keçirilməsi
Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əlaqələrin saxlanılması
Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun avtomobilin təklif olunması
Satış prosesinin başlanğıcdan müqavilənin bağlanmasına qədər idarə edilməsi
Müştəri bazasının və satış nəticələrinin mütəmadi izlənilməsi
Namizədə tələblər:
Satış sahəsində iş təcrübəsi arzuolunandır
Güclü ünsiyyət və təqdimat bacarığı
Nəticəyönümlülük və yüksək motivasiya
Müştəriyönümlü yanaşma
Azərbaycan dilində səlis danışıq
Rus dili arzuolunandır
Avtomobillərə maraq və bu sahədə inkişaf etmək istəyi
Komanda ilə işləmək bacarığı
Biz nə təklif edirik?
Rəsmi əmək müqaviləsi
Rəqabətli əməkhaqqı + satışdan bonus sistemi
Peşəkar və dinamik iş mühiti
Satış və avtomobil sektoru üzrə inkişaf imkanları
Təlim və adaptasiya prosesi
CV-lərinizi mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
İş yeri: Inomarka Avtosalonu
Son müraciət tarixi: 02.11.2026
© İnomarka.az · jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.