
Bakı2
Satış meneceri
Satış meneceri
По договорённости
ПровереноВчера
Описание
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam iş günü
Vəzifənin məqsədi
Təhlükəsizlik ayaqqabıları, xüsusi iş geyimləri və digər fərdi mühafizə vasitələrinin korporativ müştərilərə satışını həyata keçirmək, yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq.
Əsas vəzifə öhdəlikləri
Neft-qaz, tikinti, sənaye, istehsalat, logistika və digər sahələrdə fəaliyyət göstərən şirkətləri müəyyən etmək və yeni müştərilər cəlb etmək.
Korporativ müştərilərlə görüşlər keçirmək, onların ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsullar təklif etmək.
Təhlükəsizlik ayaqqabıları, xüsusi iş geyimləri, dəbilqələr, əlcəklər, qoruyucu eynəklər və digər FMV məhsullarının satışını həyata keçirmək.
Kommersiya təklifləri, qiymət hesablamaları və satış müqavilələri hazırlamaq.
Tenderlərdə, satınalma müsabiqələrində və korporativ satınalma proseslərində iştirak etmək.
Müştərilərlə danışıqlar aparmaq, qiymət və ödəniş şərtlərini razılaşdırmaq.
Müştəri bazasını genişləndirmək və CRM sistemində məlumatları vaxtında yeniləmək.
Satış planlarının və aylıq/illik hədəflərin yerinə yetirilməsini təmin etmək.
Bazar, rəqiblər və müştərilərin tələbləri barədə məlumat toplamaq.
Sifarişlərin icrasını, çatdırılmanı və ödənişlərin vaxtında həyata keçirilməsini aidiyyəti şöbələrlə koordinasiya etmək.
Namizədə olan tələblər
Ali təhsil arzuolunandır.
Müvafiq sahə üzrə B2B satış sahəsində minimum 3–5 il iş təcrübəsi.
Sənaye məhsulları, təhlükəsizlik geyimləri, fərdi mühafizə vasitələri və ya texniki məhsulların satışında təcrübə üstünlükdür.
Yeni müştərilərin müstəqil şəkildə tapılması və satış imkanlarının yaradılması bacarığı.
Korporativ müştərilərlə, satınalma və təchizat şöbələri ilə danışıqlar aparmaq bacarığı.
Kommersiya təkliflərinin, qiymət cədvəllərinin və hesabatların hazırlanması bacarığı.
MS Office proqramlarında işləmək bacarığı; CRM təcrübəsi üstünlükdür.
Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ingilis dillərini bilmək üstünlükdür.
Güclü ünsiyyət, təqdimat, inandırma və danışıqlar aparmaq bacarığı.
Nəticəyönümlülük, məsuliyyətlilik və müstəqil işləmək bacarığı.
Ezamiyyətlərə və müştəri görüşləri üçün səfərlərə hazır olmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu hissəsində “Satış meneceri” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/200785/satis-meneceri
РЕКЛАМА





