Prayk

Satış Meneceri (IT / ERP)

По договорённости
ПровереноВчера
Город
Bakı
Категория
Продажи
Дата
Просмотры
6
Номер
№4280041

Описание

Əsas vəzifələr Arbinex-in ERP və digər IT həllərinin potensial müştərilərə təqdim edilməsi və satışı; Yeni B2B müştərilərin axtarılması və cəlb edilməsi; Potensial müştərilərlə ilkin əlaqənin yaradılması, ehtiyacların müəyyənləşdirilməsi və uyğun həllərin təklif edilməsi; ERP sistemlərinin funksionallığının müştəriyə biznes ehtiyacları üzərindən izah edilməsi; Məhsul təqdimatlarının və demo görüşlərinin təşkilində və keçirilməsində iştirak; Müştərilərlə kommersiya danışıqlarının aparılması və satış prosesinin sonadək idarə olunması; Hazırlanan kommersiya təkliflərinin müştərilərə təqdim edilməsi və təqib edilməsi; Mövcud və potensial müştərilərlə uzunmüddətli biznes əlaqələrinin qurulması; CRM sistemi üzərindən satış pipeline-ının və müştəri məlumatlarının idarə olunması; Bazarın və rəqiblərin araşdırılması, yeni satış imkanlarının müəyyənləşdirilməsi; Satış planlarının və KPI-ların icrası; Satış nəticələri üzrə mütəmadi hesabatların hazırlanması. Namizədə tələblər Mütləq tələblər: IT sahəsində ən azı 1-2 il satış təcrübəsi; ERP sistemlərinin satışında real iş təcrübəsi; B2B satış və korporativ müştərilərlə işləmə təcrübəsi; ERP sistemlərinin əsas məntiqini və biznes proseslərini anlamaq; Müştərinin biznes ehtiyacını müəyyənləşdirərək uyğun IT həllini təqdim edə bilmək; Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı; Satış prosesini lead mərhələsindən müqavilənin bağlanmasına qədər idarə edə bilmək; Nəticəyönümlü və satış hədəflərinə fokuslanmış yanaşma; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; MS Office və CRM sistemlərindən istifadə bacarığı. Üstünlük hesab olunur ERP, CRM, HRM, Accounting və ya digər biznes proqram təminatlarının satışında təcrübə; Odoo, SAP, 1C, Logo, Mikro və ya digər ERP sistemləri ilə iş təcrübəsi; IT məhsullarının B2B satışında müştəri portfelinin olması; SaaS məhsullarının satışında təcrübə; IT layihələrinin və proqram təminatının kommersiya tərəfini anlamaq; İngilis və ya rus dili biliyi; Aktiv müştəri bazasının olması. Biz nə təklif edirik? IT və sürətlə inkişaf edən şirkətdə çalışma imkanı; Müasir ERP və biznes avtomatlaşdırma həllərinin satışında iştirak; Əmək haqqı + satış nəticələrinə əsaslanan bonus sistemi; Karyera və peşəkar inkişaf imkanları; Rahat və dinamik iş mühiti; Real nəticələrə əsaslanan motivasiya sistemi; Korporativ müştərilərlə işləyərək B2B satış sahəsində inkişaf imkanı. İş qrafiki İş rejimi: Tam iş günü, 5 gun İş yeri: Bakı, Ag Seher Şirkət: Arbinex Tech Solutions Vacib qeyd Xahiş olunur yalnız IT sahəsində satış təcrübəsi və xüsusilə ERP sistemlərinin satışında təcrübəsi olan namizədlər müraciət etsinlər. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV-də satışı həyata keçirdiyiniz ERP/IT məhsullarını, işlədiyiniz şirkətləri və satış nəticələrinizi qeyd etməyiniz üstünlükdür. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/197752/satis-meneceri-it-erp

Похожие объявления