
Bakı15
Satış mütəxəssisi
Satış mütəxəssisi
600 ₼
Проверено1 нед. назад
Описание
SATIŞ MÜTƏXƏSSİSİ (SAHƏ SATIŞLARI)
Hüquq və HR sahəsində biznesə kompleks konsaltinq xidməti göstərən şirkət enerjili, təşəbbüskar **Satış Mütəxəssisi** axtarır.
**Biz nə təklif edirik**
- **Hər satışdan yüksək bonus**, gəliriniz birbaşa nəticədən asılıdır.
- Satış üzrə təlimlər və xidmətlər üzrə dəstək
- Peşəkar inkişaf və karyera imkanları
- Hazır satış materialları və xidmət təqdimatları
- Çevik iş qrafiki (sahə işi üzrə)
*Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.*
Öhdəliklər
- Aylıq konsaltinq xidmətlərini potensial müştərilərə təqdim etmək və satmaq
- Bakı üzrə lokal biznes məkanlarını (şirkətlər, klinikalar, istehsalat və ticarət obyektləri) gəzərək yeni müştəriləri tapmaq
- Sahədə birbaşa görüşlər keçirmək, ehtiyacları müəyyən etmək və xidmət paketini izah etmək
- Müştəri ilə danışıqlar aparmaq, müqavilənin bağlanmasını təmin etmək
- Potensial və mövcud müştərilərin bazasını aparmaq, görüşlər üzrə hesabat vermək
- Müştəri münasibətlərini qurmaq və uzunmüddətli əməkdaşlığı dəstəkləmək
Tələblər
- Satış sahəsində təcrübə (xüsusilə B2B, xidmət satışı) üstünlükdür; təcrübəsi olmayan, lakin motivasiyalı namizədlər də nəzərdən keçirilir
- Güclü kommunikasiya və təqdimat bacarığı
- Nəticəyə yönümlülük, məsuliyyətlilik və özünütəşkil bacarığı
- Gün ərzində sahədə, hərəkətdə işləməyə hazır olmaq
- Azərbaycan dilində səlis danışıq; rus dili bilikləri üstünlükdür
- Hüquq və ya HR sahəsində ümumi anlayış əlavə üstünlükdür
**Şəxsi keyfiyyətlər**
- Pozitiv, güləryüzlü və xoş ünsiyyətli olmaq
- İnsanlarla tez ortaq dil tapmaq və ilk görüşdə etibar yaratmaq bacarığı
- Satış bacarığı: müştərini dinləyib ehtiyacını anlamaq, inandırıcı şəkildə təklif təqdim etmək və sövdələşməni yekunlaşdırmaq
- Rədd cavabından sarsılmamaq, təkrar cəhd etmək əzmi
- Enerjili, təşəbbüskar və öz-özünə motivasiya olunan şəxsiyyət
- Səliqəli, nümunəvi görünüş və peşəkar davranış
- Müstəqil işləmək və öz iş planını qura bilmək bacarığı
Источник объявления
Открыть оригинал объявления© Hüquq və Hr busy.az · Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
РЕКЛАМА





