İşin təsviri:
Yeni potensial müştərilərin və biznes tərəfdaşlarının müəyyən edilməsi və cəlb olunması.
Şirkətlərlə ilkin əlaqələrin qurulması, görüşlərin təşkili və satış danışıqlarının aparılması.
Invicta Agency-nin xidmətlərinin potensial müştərilərə təqdim edilməsi və satış prosesinin idarə olunması.
Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun kommersiya təkliflərinin hazırlanması.
Təkliflərin göndərilməsindən müqavilənin bağlanmasına və satışın tamamlanmasına qədər bütün prosesin idarə edilməsi.
Mövcud müştərilərlə əlaqələrin qorunması və uzunmüddətli əməkdaşlıqların qurulması.
Satış funnel-ının idarə edilməsi, CRM sistemində məlumatların yenilənməsi və müntəzəm hesabatların hazırlanması.
Aylıq və rüblük satış hədəflərinin yerinə yetirilməsi.
Tələblər:
Satış sahəsində minimum 1 il iş təcrübəsi.
B2B satış və korporativ müştərilərlə iş təcrübəsinə üstünlük verilir.
Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı.
Müştəri ehtiyaclarını düzgün analiz etmək və satışa çevirmək bacarığı.
Sales Funnel və CRM sistemləri ilə işləmək təcrübəsi.
Kommersiya təklifləri hazırlamaq və müqavilə danışıqları aparmaq bacarığı.
Nəticəyönümlü, təşəbbüskar və məsuliyyətli olmaq.
Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət.
Rus və ingilis dili bilikləri üstünlükdür.
İş şəraiti:
İş qrafiki: 10:00 - 19:00
İş formatı: Ofisdən (Bakı).
Əməkhaqqı: Razılaşma əsasında + satış nəticələrinə görə bonus.
Peşəkar və dinamik komandada işləmək imkanı.
Biz nə axtarırıq?
Bizə sadəcə müştərilərlə danışan deyil, yeni müştərilər qazanan, satış fürsətlərini görən, danışıqları nəticəyə çevirən və biznesin böyüməsinə real töhfə verən əməkdaş lazımdır.
© Invicta Holdinq MMC · busy.az · Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.