Prayk
Satış üzrə kiçik mütəxəssis — Satış
По договорённости

Satış üzrə kiçik mütəxəssis

ПровереноСегодня
Категория
Продажи
Дата
Просмотры
8
Номер
№4690911

Описание

İş şəraiti İşəgötürən: Eden Agro MMC Struktur: Kommersiya, Satış və Marketinq departamenti Birbaşa rəhbər: Kommersiya, Satış və Marketinq departamentinin rəhbəri İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00); Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir. Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir. Vəzifə öhdəlikləri: Satış strategiyasının hazırlanmasında iştirak etməli, rəhbərə təkliflər verməlidir; Müştərilərə müəssisənin istehsal etdiyi məhsullar, məhsulların keyfiyyəti və xüsusiyyətləri haqqında məlumatları verilməlidir; Müştərilərdən daxil olan sifarişlərə nəzarət etməli, məhsullar müştərilərə təhvil verilənə qədər mütəmadi əlaqə saxlamalıdır; Məhsulların təchizat müddətlərinin əməl edilməsinə nəzarət etməli, təchizatda yubanma yaranarsa, birbaşa rəhbərini məlumatlandırmalıdır; Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaları hesabat şəklində rəhbərliyə çatdırmalıdır; Potensial müştərilər haqqında məlumatlar toplamalı və rəhbərliyə təqdim etməlidir; Daim yeni müştərilər axtarmalı və cəlb etməlidir; Zavodun istehsal etdiyi əsas məhsulların (qlükoza, fruktoza, nişasta) və yan məhsulların (kəpək, özək, qarğıdalı qırıntısı, qlüten) satışını həyata keçirməlidir; Sağlam müştəri münasibətlərini korporativ standartlara və biznes etikasına uyğun formada qurmalıdır; Müştərilərin cəlbi istiqamətində görüşlər təşkil etməli və təkliflər hazırlamalıdır; Satışla əlaqədar tələb və təklifləri hesabat şəklində təqdim etməlidir; Bazarda olan rəqibləri mütəmadi araşdırmalıdır; İşgüzar tədbirlərdə şirkəti təmsil etməlidir; Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etməli, analiz aparmalı və çatışmazlıqları müəyyən edərək Kommersiya və Satış şöbəsinin müdirinə təkliflərini bildirməlidir; Müştərilərin borclarına daimi nəzarət etməli və borcların əvvəlcədən təyin olunmuş vadə müddətinə uyğun yığılması ilə məşğul olmalıdır; Vəzifə tələbləri: Ali təhsil (Logistika, İqtisadiyyat, Biznesin idarə olunması, Marketinq və ya əlaqəli sahə); Satış və ya logistika üzrə minimum 1-2 il iş təcrübəsi; Təchizat zəncirinin idarə olunması sahəsində praktiki bilik; Anbar uçotu və inventar nəzarəti Müqavilələrin hazırlanması və icrası, qiymət formalaşdırma prinsipləri Sıx deadline-lar  şəraitində tapşırıqları  vaxtında və keyfiyyətli icra etmə bacarığı; Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik; Azərbaycan / Rus dili səlis, İngilis yaxşı; 1C / ERP, MS Office (xüsusilə güclü Excel) proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi. Biz təklif edirik: Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi; Peşəkar və liderlik inkişaf proqramları; Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı; Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları; Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı; Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti; Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı. Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Satış üzrə kiçik mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur. Son müraciət tarixi: 31.10.2026 Müraciət: https://jobsearch.az/vacancies/eden-agro-mmc-satis-uzre-kicik-mutexessis-153994
РЕКЛАМА