
1
Şəbəkələr üzrə Bölgə Müdiri
Şəbəkələr üzrə Bölgə Müdiri
2 000 ₼
ПровереноВчера
Дата
Просмотры1
Номер№4993158
Описание
Namizədə olan tələblər
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
Şəxsi avtomobilinin olması;
Satış, idarəetmə və liderlik bacarıqları;
Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;
Dəqiqlik, məsuliyyətlilik, nizam-intizam və kollektivlə işləmək bacarığı.
Vəzifə öhdəlikləri
Tabeliyində olan satış nümayəndələrinin və ekspeditorların fəaliyyətini idarə etmək, iş prosesinə nəzarət etmək;
Mövcud müştəri bazasının genişləndirilməsini, yeni korporativ müştərilərin və satış imkanlarının müəyyən edilməsini təmin etmək;
Satış nöqtələri ilə sağlam işgüzar münasibətlər qurmaq və şirkəti yüksək səviyyədə təmsil etmək;
Əməkdaşlıq edilməyən marketlərin işlənilməməsi səbəblərini araşdırmaq, nəticələri rəhbərliyə məruzə etmək və yeni məhsulların satış nöqtələrində tanıdılmasını təmin etmək;
Satış nümayəndələrinin fəaliyyətinə, məhsulların distribusiyasına, ticarət nöqtələrinə vizitlərin effektivliyinə və marşrut qrafikinə riayət olunmasına nəzarət etmək;
Aksiyaların müəyyən edilmiş qaydalara uyğun keçirilməsini və müvafiq hesabatların düzgün hazırlanmasını təmin etmək;
Ərazidə kəsir və ya şübhəli debitor borcu aşkarlandıqda araşdırma aparmaq, səbəbləri müəyyənləşdirmək və rəhbərliyə, eləcə də Audit Departamentinə dərhal məlumat vermək;
Rəqiblərin fəaliyyətini və bazardakı dəyişiklikləri təhlil etmək, satışların artırılması və müştəri məmnuniyyətinin yüksəldilməsi ilə bağlı təkliflər vermək;
Satışlarda azalma müşahidə olunduqda səbəbləri araşdırmaq, bazar və ərazi təhlili aparmaq, müvafiq tədbirlər təklif etmək;
Ekspeditorların xarici görünüşünə, davranışına, şəbəkə əməkdaşları ilə münasibətlərinə, iş qrafikinə və ərazilərə vaxtında çıxışına nəzarət etmək;
Məhsulların satış nöqtələrində düzgün təqdim olunmasını və marketlərin məhsullarla vaxtında, tam təmin edilməsini təşkil etmək;
Şirkətin satış planının hazırlanmasında iştirak etmək və müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
Kuratorluğunda olan şəbəkə marketləri üzrə debitor borclarını hər ay üzləşdirmək, müqavilə və ticari şərtləri izləmək, ödənişləri tələb və təqib etmək, ödənişlərin bölgüsünü həyata keçirmək və verilən bölgüyə görə məsuliyyət daşımaq.
İş şərtləri
Əmək haqqı: 2000–2500 AZN (net);
İş qrafiki: 5 günlük iş həftəsi;
İş saatları: 09:00–18:00;
İş ünvanı: Bakıxanov qəsəbəsi, B. Bünyadov küçəsi;
Əlavə təminatlar: Nahar, yanacaq xərcləri, korporativ mobil nömrə və avtomobilin amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Şəbəkələr üzrə Bölgə Müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Maaş: 2000 AZN
Son müraciət tarixi: 22.11.2026
Источник объявления
Открыть оригинал объявления© Agro - West DC LLC jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
РЕКЛАМА







