Industrial Solutions Group MMC sənaye nasosları, kompressorlar, elektrik mühərrikləri, klapanlar və onların ehtiyat hissələrinin təchizatı ilə məşğul olan şirkətdir. Neft-qaz, kimya, metallurgiya və istehsalat sahəsində iri müəssisələrlə işləyirik. Komandamızı genişləndirmək üçün sənaye satışında təcrübəli əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri
Mövcud müştərilərlə münasibətləri inkişaf etdirmək və yeni müştərilər cəlb etmək
Müştəri sorğularını (RFQ) qəbul etmək, texniki tələbləri dəqiqləşdirmək və kommersiya təklifləri hazırlamaq
Xarici istehsalçılar və tədarükçülərlə danışıqlar aparmaq, qiymət və texniki təkliflər almaq
Tenderlərdə iştirak prosesini idarə etmək
Müştəri görüşləri və şirkət təqdimatları keçirmək
Satış planını yerinə yetirmək və satış hesabatlarını aparmaq
Namizədə tələblər
Sənaye avadanlıqlarının satışı sahəsində ən azı 3 il iş təcrübəsi
Nasoslar, kompressorlar, elektrik mühərrikləri və ya digər texniki avadanlıqlar barədə yaxşı bilik
Texniki göstəriciləri oxumağı və texniki sənədlərlə işləməyi bacarmaq (data sheet, texniki şərtlər)
Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə bilmək
Danışıqlar aparmaq və münasibət qurmaq bacarığı, nəticəyə yönəlik iş tərzi
Üstünlüklər
Mühəndislik diplomu
Rus dilini bilmək
Neft-qaz və ya sənaye müəssisələri ilə iş təcrübəsi və müştəri bazası
Biz təklif edirik
Sabit maaş + satışdan bonus (məbləğ müsahibə zamanı razılaşdırılır)
Rəsmi əmək müqaviləsi
Tanınmış beynəlxalq brendlərlə iş imkanı
Peşəkar inkişaf və karyera artımı
İş şəraiti
İş yeri: Bakı şəhəri, Ələsgər Qayıbov küç. 10Q, STN Business Centre
İş qrafiki: həftədə 5 gün, 09:00–18:00
CV-nizi "Satış meneceri" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Son müraciət tarixi: 23.12.2026
© Industrial Solutions Group · jobsearch.az · Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.