Prayk

Servis - Elektronika Mühəndisi

По договорённости
Проверено2 дн. назад
Город
Bakı
Дата
Просмотры
11
Номер
№4271171

Описание

Vəzifə öhdəlikləri: Klinika və kosmetologiya mərkəzlərində avadanlıqların quraşdırılması, konfiqurasiyası və texniki baxımına dəstək vermək; Avadanlıqların optimal işləməsini təmin etmək üçün diaqnostika, nasazlıqların aradan qaldırılması və təmir işlərində iştirak etmək; İstehsalçı protokollarına uyğun olaraq cihazların müntəzəm baxımı və nizamlanması işlərini həyata keçirmək; Aparıcı mühəndislərin nəzarəti altında müştərilərə yerində texniki dəstək və təlim göstərmək; Xidmət işlərini sənədləşdirmək və texniki hesabatlar hazırlamaq; Məhsul yenilikləri və sahə üzrə tendensiyaları izləyərək texniki bilikləri artırmaq. Namizədə tələblər: Elektron avadanlıqlar və proqram təminatı sistemləri barədə əsas biliklər; Güclü analitik düşüncə və problem həlli bacarığı; Yüksək ünsiyyət bacarığı; Dinamik iş mühitində öyrənməyə və uyğunlaşmağa həvəs. İş şəraiti: İş qrafiki: həftənin 5 iş günü, 6-cı gün yarım iş günü, bazar günü istirahət; Qanunvericiliyə uyğun əmək müqaviləsi bağlanılır; Nahar şirkət tərəfindən təmin olunur; Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən olunur. Tələblərə uyğun namizədlərdən CV-lərini [email protected]  ünvanına, mövzu hissəsində "Servis - Elektronika Mühəndisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur. Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq. Müraciət: https://busy.az/vacancy/197692/servis-elektronika-muhendisi

Похожие объявления

Laborant — Bakı
По договорённости

Laborant


Bakı08.10.2026