Prayk
Sətəm üzrə mütəxəssis — Sənaye, istehsal
По договорённости

Sətəm üzrə mütəxəssis

ПровереноСегодня
Дата
Просмотры
7
Номер
№6029294

Описание

İş şəraiti Şəhər: Bakı İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00-14:00 nahar vaxtı) Əmək haqqı: Razılaşma əsasında Vəzifə öhdəlikləri Şirkətdə sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit (SƏTƏM) üzrə tələblərin tətbiqini və icrasını təmin etmək; SƏTƏM üzrə daxili siyasət, prosedur və təlimatların hazırlanması, yenilənməsi və tətbiqində iştirak etmək; Şirkətin ofis və digər iş sahələrində əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə planlı və plandankənar yoxlamalar aparmaq; İş yerlərində mövcud təhlükələri müəyyənləşdirmək, riskləri qiymətləndirmək və onların azaldılması üzrə tədbirlər hazırlamaq; Yeni işçilər, təcrübəçilər və podratçılar üçün əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə giriş təlimatlarını təşkil etmək və keçirmək; İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklərinin yoxlanılmasında iştirak etmək; Yanğın təhlükəsizliyi, təxliyə və fövqəladə hallara hazırlıq tədbirlərinin təşkilini və icrasını koordinasiya etmək; İş yerlərində baş vermiş qəza və insidentlərin araşdırılmasında, səbəblərinin müəyyənləşdirilməsində və qabaqlayıcı tədbirlərin hazırlanmasında iştirak etmək; İş yerlərinin attestasiyası ilə bağlı təşkilati və koordinasiya işlərini həyata keçirmək; SƏTƏM üzrə sənədlərin, qeydiyyat jurnallarının, hesabatların və digər müvafiq sənədlərin hazırlanmasını və aktual saxlanılmasını təmin etmək; Şirkətin fəaliyyətinin qüvvədə olan əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ekoloji təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət etmək. Tələblər Ali təhsil (əməyin mühafizəsi, texniki, mühəndislik və ya digər müvafiq ixtisaslar üzrə); SƏTƏM və ya əməyin mühafizəsi sahəsində 1 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktlar üzrə biliklər; Risklərin qiymətləndirilməsi, təhlükələrin müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin hazırlanması üzrə praktiki bacarıqlar; Əməyin mühafizəsi üzrə təlimatların, prosedurların və hesabatların hazırlanması təcrübəsi; Yanğın təhlükəsizliyi, təxliyə planları və fövqəladə hallara hazırlıq üzrə biliklər; MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu sətrində “SƏTƏM üzrə mütəxəssis” vəzifəsini qeyd etməyi unutmayın. Son müraciət tarixi: 16.12.2026

Источник объявления

Открыть оригинал объявления

© ABB-İnvest İnvestisiya Şirkəti QSC jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.

Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.

РЕКЛАМА
WhatsApp