Vəzifə öhdəlikləri
Instagram və Facebook səhifələrinin gündəlik idarə olunması
Instagram üçün kreativ Post, Story və Reels hazırlanması
Pizzeriyada foto və video çəkilişlərinin həyata keçirilməsi
Reels üçün kreativ ideyalar, ssenarilər və çəkiliş konsepsiyalarının hazırlanması
Video çəkilişləri üçün məkan, dekorasiya, işıq, kadr və ümumi atmosferin düşünülməsi
Yeni və maraqlı kontent ideyalarının hazırlanması
Məhsullarımızın — pizza, içkilər, desertlər və s. — kreativ şəkildə təqdim edilməsi
Kampaniya, aksiya və xüsusi təkliflər üçün sosial media kontentlərinin hazırlanması
Foto və videoların montajı və redaktəsi
Kontent planının hazırlanması və paylaşım cədvəlinin idarə olunması
Instagram və Facebook-da müştərilərdən gələn mesaj, şərh və sualların cavablandırılması
Müştərilərlə sosial media üzərindən düzgün və pozitiv kommunikasiya qurulması
Səhifələrin aktivliyinin və nəticələrinin analiz edilməsi
Trend olan Reels, formatlar, musiqilər və sosial media trendlərinin izlənilməsi
Namizədə tələblər
Sosial media və kontent yaradılması sahəsində təcrübə
Instagram və Facebook platformalarını yaxşı bilmək
Kreativ düşüncə və yeni ideyalar yaratmaq bacarığı
Telefonla keyfiyyətli foto və video çəkə bilmək
Reels/video montaj proqramlarından istifadə bacarığı
Estetik zövq və kadr qurmaq bacarığı
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət
Müştərilərlə nəzakətli və düzgün ünsiyyət qurmaq bacarığı
Məsuliyyətli, operativ və təşəbbüskar olmaq
Restoran və food kontenti ilə işləməyə maraq
Üstünlükdür
CapCut, Adobe və digər kontent proqramlarını bilmək
Foto/video çəkilişi üzrə əlavə bacarıqlar
Restoran, kafe və ya food sahəsində SMM təcrübəsi
Şəxsi portfolio və əvvəlki iş nümunələrinin olması
TikTok və digər sosial media platformalarında təcrübə
Biz nə gözləyirik?
Biz sadəcə səhifəyə post paylaşacaq əməkdaş axtarmırıq. Pizzeriyanın atmosferini, məhsullarını və brendini sosial mediada maraqlı və cəlbedici şəkildə göstərə biləcək kreativ bir insan axtarırıq.
Əgər “Bu pizzanı necə daha maraqlı çəkə bilərik?”, “Bu məkanda necə viral Reel çəkə bilərik?” kimi ideyalar sizin üçün maraqlıdırsa, sizi komandamızda görmək istəyirik.
© Shirvan and Co · busy.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.