
Bakı3
SMM Mütəxəssisi
SMM Mütəxəssisi
По договорённости
ПровереноСегодня
ГородBakı
Дата
Просмотры3
Номер№5866310
Описание
Vəzifə öhdəlikləri
TikTok və Instagram platformaları üçün video kontentlərin çəkilməsi və montaj edilməsi;
Reels, TikTok və Stories formatında kreativ videoların hazırlanması;
Məhsulların, kampaniyaların və mağaza fəaliyyətinin video vasitəsilə təqdim edilməsi;
TikTok və Instagram hesablarında canlı yayımların (LIVE) açılması və idarə edilməsi;
Canlı yayımlar zamanı məhsulların təqdimatı, izləyicilərlə ünsiyyət və aktivliyin təmin edilməsi;
Sosial media trendlərini izləmək və onları brendə uyğun kontentə çevirmək;
Çəkiliş prosesində yaradıcı ideyalar irəli sürmək və ssenarilərin hazırlanmasında iştirak etmək;
Hazırlanan kontentlərin vaxtında və müəyyən edilmiş plana uyğun paylaşılmasını təmin etmək.
Namizədə tələblər
Sosial media platformalarının, xüsusilə TikTok və Instagram-ın iş prinsipini bilmək;
Telefon və ya kamera ilə keyfiyyətli video çəkilişi bacarığı;
CapCut və ya digər montaj proqramlarında işləmək bacarığı;
TikTok və Instagram LIVE funksiyalarından istifadə təcrübəsi;
Kamera qarşısında sərbəst olmaq və canlı yayımları idarə etmək bacarığı;
Kreativ düşüncə və trendləri düzgün qiymətləndirmək qabiliyyəti;
Ünsiyyətcil, təşəbbüskar və məsuliyyətli olmaq;
Komanda ilə işləmək bacarığı.
İş şəraiti
İş qrafiki: 6 günlük iş həftəsi;
İş yeri: Bakı;
Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir;
Dinamik və yaradıcı komandada işləmək imkanı.
Əgər video çəkməyi, montaj etməyi və canlı yayımlarda auditoriya ilə ünsiyyət qurmağı bacarırsansa, Supertoys komandasında səni gözləyirik!
Mobiloqrafiya və ya SMM kursunu bitirib lakin təcrübəsi olmayan namizədlər də müraciət edə bilər.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət üçün CV və varsa, çəkdiyin və montaj etdiyin video nümunələrini göndər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/205292/smm-mutexessisi
РЕКЛАМА








