
Bakı13
SMM və kontent üzrə mütəxəssis
SMM və kontent üzrə mütəxəssis
По договорённости
Проверено2 нед. назад
Описание
Zeytun Pharmaceuticals MMC | Marketinq şöbəsiSMM və Kontent üzrə mütəxəssisVəzifənin məqsədi şirkətin və brendlərinin sosial media kommunikasiyasının və kontent fəaliyyətinin planlı, ardıcıl və keyfiyyətli icrasını təmin etməkdir.
Əsas vəzifə öhdəlikləri· Şirkətin və brendlərinin sosial media hesabları üçün aylıq kontent planı hazırlamaq, təsdiqlənmiş plan üzrə paylaşımların vaxtında yayımlanmasını təmin etmək.· Sosial media postları, karusel, story və qısa videolar üçün ideyalar, mətnlər və ssenarilər hazırlamaq.· Zeytun və Pharmastore səhifələri üzrə həm biznes tərəfdaşlarına, həm də son istehlakçılara uyğun məzmun hazırlamaq, brendin ünsiyyət üslubunu qorumaq.· Kampaniyalar, məhsullar, aptek açılışları, tədbirlər və əməkdaşlıqlar barədə kontent hazırlamaq, məlumatları aidiyyəti əməkdaşlarla dəqiqləşdirmək.· Dizaynerlərə və çəkiliş komandasına aydın tapşırıqlar vermək, foto və video çəkilişlərinin hazırlanmasında və koordinasiyasında iştirak etmək.· Sayt, mobil tətbiq, SMS və digər kommunikasiya kanalları üçün mətnlər hazırlamaq, onların kampaniya mesajları ilə uyğunluğunu təmin etmək.· Paylaşımların dil, yazı və məzmun düzgünlüyünü yoxlamaq, məhsul və sağlamlıqla bağlı məlumatları yayımdan əvvəl aidiyyəti mütəxəssislərlə razılaşdırmaq.· Sosial media şərh və mesajlarını izləmək, təsdiqlənmiş cavablar əsasında kommunikasiya aparmaq, sorğuları aidiyyəti əməkdaşlara yönləndirmək.· Sosial media trendlərini və rəqiblərin fəaliyyətini izləmək, auditoriyaya uyğun yeni kontent formatları təklif etmək.· Əhatə, baxış, qarşılıqlı əlaqə və izləyici dinamikasını təhlil etmək, aylıq hesabatlar və kontentin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.· Meta Ads Manager vasitəsilə Facebook və Instagram reklam kampaniyalarını planlaşdırmaq, qurmaq və idarə etmək, təsdiqlənmiş büdcə çərçivəsində auditoriya seçimi və nəticələrə əsasən optimallaşdırma aparmaq.· Rəqəmsal marketinq, brend, PR və satış üzrə əməkdaşlarla koordinasiyalı işləmək, reklam kampaniyaları üçün məzmun hazırlanmasına dəstək vermək.· Rəhbərlik tərəfindən vəzifə funksiyalarına uyğun verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
İş şəraiti· İş yeri – BEGOC Biznes Mərkəzi (ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93).· Tibbi sığorta və nahar.· Peşəkar təlim və inkişaf imkanları.· Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit.
Qeyd olunmuş tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “SMM və kontent üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Hazırlanmış mətn və sosial media kontentindən nümunələrin əlavə olunması arzuolunandır.
Vakansiya növü: Tam ştat
Şirkət: Zeytun Pharmaceuticals MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/zeytunpharma/zeytunpharma-smm-ve-kontent-uzre-mutexessis-38020410/apply
РЕКЛАМА








