Prayk

SMM və Target Mütəxəsisi

По договорённости
Проверено2 дн. назад
Город
Bakı
Дата
Просмотры
2
Номер
№4855770

Описание

Vəzifə öhdəlikləri Şirkətin Instagram və digər sosial media hesablarının idarə olunması; Aylıq kontent planının hazırlanması və paylaşım qrafikinin təşkili; Post, Reels və Stories formatlarında kontent ideyalarının hazırlanması; Tur paketləri, aviabiletlər, otellər və digər turizm xidmətləri üzrə reklam məzmununun yaradılması; Mətnlərin (copywriting) hazırlanması və vizual kontentin tərtib edilməsi; Canva və CapCut kimi proqramlardan istifadə etməklə vizualların və qısa videoların hazırlanması; Meta Ads Manager vasitəsilə Facebook və Instagram reklam kampaniyalarının qurulması və idarə olunması; Hədəf auditoriyasının düzgün müəyyənləşdirilməsi və auditoriyaların seqmentləşdirilməsi; Reklam büdcəsinin planlaşdırılması, kampaniyaların optimallaşdırılması və nəticələrin təhlili; Sosial media hesablarının inkişafı, müraciətlərin və potensial müştərilərin sayının artırılması; Görülən işlər və reklam nəticələri üzrə hesabatların hazırlanması. Namizədə tələblər SMM sahəsində minimum 2-3 il iş təcrübəsi; Meta Ads Manager üzrə praktiki bilik və təcrübə; Facebook və Instagram üçün reklam kampaniyalarını müstəqil qurmaq və idarə etmək bacarığı; Target auditoriyasının seçilməsi, reklam büdcəsinin idarə edilməsi və kampaniya nəticələrinin təhlili bacarığı; Canva və CapCut proqramları ilə işləmək bacarığı; Kontent strategiyası hazırlamaq, yaradıcı ideyalar irəli sürmək və sosial media trendlərini izləmək; Azərbaycan dilində düzgün və cəlbedici mətnlər hazırlamaq bacarığı; Məsuliyyətlilik, yaradıcılıq və nəticəyönümlülük. ​​​​​​​​​​​​​​Üstünlük veriləcək Turizm və ya səyahət şirkətləri ilə iş təcrübəsi; Əvvəlki layihələr üzrə portfolio və reklam kampaniyalarının nəticələrini təqdim etmək bacarığı; Reklam vasitəsilə real müraciətlərin və satışların artırılması üzrə təcrübə. İş şərtləri Əməkhaqqı namizədin bilik və təcrübəsinə əsasən razılaşdırılacaq. İş qrafiki müsahibə zamanı müzakirə olunacaq. CV-nizi və portfolio nümunələrinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “SMM mütəxəssisi” qeyd etməyiniz xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/199700/smm-ve-target-mutexesisi
РЕКЛАМА