
8
Sosial Media üzrə mütəxəssis

По договорённости
Sosial Media üzrə mütəxəssis
ПроанализированоВчера
Дата
Просмотры8
Номер№4551339
Описание
İş şəraiti
Şəhər: Bakı
İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri:
Şirkətin brend və məhsul kommunikasiya prioritetlərinə uyğun aylıq sosial media kontent planının hazırlanması və icrasının koordinasiyası;
Rəqəmsal kanallar vasitəsilə şirkət brendi və məhsullarının hədəf auditoriyaya çatdırılmasının təmin edilməsi;
Şirkətin sosial media hesablarının idarə olunması və inkişaf etdirilməsi;
Şirkətin korporativ və məhsul səhifələrində aidiyyəti bölmələrin mütəmadi yenilənməsi, kontentin hazırlanması və aktuallığının təmin edilməsi;
Şirkətin rəqəmsal platformalarda aktivliyinin təmin edilməsi;
Post planının və paylaşım təqviminin idarə olunması, kontentin vaxtında və düzgün yayımlanmasının təmin edilməsi;
Kreativ və sosial media agentlikləri ilə işin koordinasiyası, kontent üzrə briflərin hazırlanması, təqdim olunan materialların qiymətləndirilməsi və icrasına nəzarət edilməsi;
İnfluenser marketinq fəaliyyətlərinin koordinasiyası, influenserlər və influenser agentlikləri ilə işin təşkili, kontent üzrə briflərin hazırlanması, əməkdaşlıqların icrasına nəzarət edilməsi və nəticələrinin izlənilməsi;
Sosial media kanallarının əsas performans göstəricilərinin mütəmadi izlənilməsi və təhlili, aylıq və kampaniya əsaslı hesabatların hazırlanması;
Sosial media və rəqəmsal trendlərin izlənilməsi, uyğun trendlərin şirkətin brend və məhsul kommunikasiyasına adaptasiyası üzrə təkliflərin hazırlanması;
Məhsul və xidmətlərin kommunikasiyası üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak;
Digər rəqəmsal marketinq fəaliyyətlərinin, o cümlədən SEO üzrə on-site işlərin icrasında iştirak edilməsi.
Tələblər:
Ali təhsil (Marketinq, İqtisadiyyat, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq və ya digər əlaqəli ixtisaslar üzrə);
Azərbaycan və ingilis dillərində yüksək səviyyədə danışıq və yazı bacarığı (rus dili arzuolunandır);
MS Office proqramlarında sərbəst iş bacarığı;
Sosial media platformaları və onların analitika alətləri ilə işləmə bacarığı;
Google Analytics və Google Tag Manager üzrə biliklər;
Marketinq layihələrinin idarə edilməsi üzrə təcrübə;
Güclü ünsiyyət və təqdimat bacarıqları;
Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
Şirkətin fəaliyyət sahəsində və ya analoji məhsullarla iş təcrübəsi (üstünlükdür);
DMI və ya bənzər sertifikatlar (üstünlükdür);
Rəqəmsal marketinq və/və ya sosial media üzrə minimum 2 il iş təcrübəsi.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu sətrində “Sosial Media üzrə mütəxəssis” vəzifəsini qeyd etməyi unutmayın.
Son müraciət tarixi: 13.11.2026
Источник объявления
Открыть оригинал объявления© ABB-İnvest İnvestisiya Şirkəti QSC jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
РЕКЛАМА














