Şirkətimizdə çalışmaq istəyən, məsuliyyətli və işində dəqiq olan Təchizat Müdiri tələb olunur.
İş şəraiti:
Ünvan: Bakı-Şamaxı şosesi, Hökməli dairəsi
Əmək haqqı: 2000 - 3000 AZN (Müsahibə əsasında dəyişə bilər)
İş qrafiki: Tam iş günü (5 gün)
İş saatı: 09:00 – 18:00
Təklif edirik: Mobil nömrə ilə təminat, nahar yeməyi.
Namizədə dair əsas tələblər:
Ali təhsil və Təchizat sahəsində rəhbər vəzifədə minimum 2-3 il iş təcrübəsi;
Təmir-tikinti işləri üzrə bilik və təcrübə;
Metal məmulatları, kvadrat profillər və digər tikinti materialları haqqında məlumatlı olmaq;
Smeta və podrat müqavilələri ilə işləmək bacarığı;
Təchizatçılarla danışıqlar aparmaq və qiymət təkliflərini müqayisə etmək bacarığı;
MS Office, xüsusilə Excel bilikləri;
Məsuliyyətlilik, operativlik və təşkilatçılıq bacarığı.
Ezamlara və şəhər daxili yollanışlara açıq olmaq.
Əsas vəzifə öhdəlikləri:
Şirkətin material və xidmətlərə olan tələbatını müəyyən etmək, illik və aylıq təchizat planlarını hazırlamaq;
Təchizat büdcəsini idarə etmək, xərclərə nəzarət etmək və optimallaşdırma təklifləri vermək;
Təchizat zənciri proseslərinin fasiləsizliyini təmin etmək;
Şirkətdaxili təchizat sorğularının vaxtında işlənməsini və icrasını təmin etmək;
Təmir-tikinti işləri üzrə material və xidmətlərin təchizatını təşkil etmək;
Metal məmulatları, kvadrat profillər, borular, armatur və digər tikinti materiallarının təchizatını həyata keçirmək;
Təchizatçılarla danışıqlar aparmaq, qiymət təkliflərini toplamaq və müqayisə etmək;
Təmir-tikinti işləri üzrə smetaların hazırlanması və podrat müqavilələri ilə işləmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/206639/techizat-mudiri
РЕКЛАМА
Мы используем файлы cookie Аналитика — только с вашего согласия; необходимые cookie активны всегда.Политика конфиденциальности