Əsas vəzifələr
Şirkətin istehsalat və əməliyyat ehtiyaclarına uyğun təchizat proseslərini planlaşdırmaq və təşkil etmək;
Müvafiq struktur bölmələrdən daxil olan material və məhsul tələbatlarını təhlil etmək;
Yerli və xarici bazarlarda təchizatçıların araşdırılmasını və potensial tərəfdaşların müəyyən edilməsini həyata keçirmək;
Təchizatçılardan kommersiya təklifləri almaq, qiymət, keyfiyyət və çatdırılma şərtlərini müqayisə etmək;
Təchizatçılarla qiymət, ödəniş, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq;
Sifarişlərin vaxtında yerləşdirilməsini və çatdırılmasını təmin etmək;
Anbar qalıqlarına və material ehtiyatlarının hərəkətinə nəzarət etmək, ehtiyac yarandıqda müvafiq sifarişlərin verilməsini təşkil etmək;
Təchizatçılarla uzunmüddətli və etibarlı əməkdaşlıq münasibətləri qurmaq;
Təchizat müqavilələrinin, sifarişlərin və digər müvafiq sənədlərin hazırlanması və razılaşdırılması prosesində iştirak etmək;
Namizədə tələblər
Ali təhsil
Təchizat, satınalma və ya logistika sahəsində minimum 3 il iş təcrübəsi;
Təchizat zəncirinin idarə edilməsi və material təminatı prosesləri üzrə biliklər;
Təchizatçılarla danışıqlar aparmaq və əməkdaşlıq münasibətlərini idarə etmək bacarığı;
Müqavilə, sifariş və təchizat sənədləri ilə işləmək təcrübəsi;
MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı;
Analitik düşünmə, planlaşdırma və problem həll etmə bacarığı;
Yüksək məsuliyyətlilik, dəqiqlik, operativlik və komanda ilə işləmək bacarığı.
İş şərtləri
İş yeri: Bakı şəhəri
Nahar şirkət tərəfindən təmin edilir
Əmək haqqı müsahibə zamanı təyin olunur
Uyğun namizədlər öz CV-lərini “Satınalma mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208827/techizat-uzre-aparici-mutexessis
РЕКЛАМА
Мы используем файлы cookie Аналитика — только с вашего согласия; необходимые cookie активны всегда.Политика конфиденциальности