Prayk
Təchizat üzrə kiçik mütəxəssis — Vakansiyalar, Bakı
По договорённости

Təchizat üzrə kiçik mütəxəssis

ПровереноСегодня
Город
Bakı
Категория
Вакансии
Дата
Просмотры
7
Номер
№4890951

Описание

·         Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün rəqabətə davamlı qiymətləri əldə etməklə, müəssisənin xərclərini minimuma endirilməsini təmin etmək;·         Mövcud daxili prosedur və qaydalara uyğun fəaliyyət göstərmək·         Satınalmalar üzrə məlumat bazasını düzgün aparmaq (məs., malın çatdırma vaxtı, satınalma üzrə minimum həcm, standart xərclər, malın qalıq miqdarı, tədarükçülər haqqında məlumat, və s.);·         Təchizat şöbəsinin Menecerinə şöbələrin material və qeyri-material ehtiyatlarının istehlakı ilə bağlı nəzərdə tutulmayan xərcləri haqqında məlumat vermək və belə xərcləri minimuma endirmək üçün məhsulların təchizatı üçün alternativ mənbələr daxil olmaqla, müvafiq tədbirlərin görülməsini tövsiyə etmək;·         Müxtəlif şöbə rəhbərlərindən verilən məhsullara dair bütün texniki spesifikasiyaların koordinasiyasında köməklik göstərmək və tədarük siyahıları ilə onların sənədlərini aparmaq, tədarük spesifikasiyalarının tərtib edilməsinə kömək etmək;·         Tədarükçilərlə bağlı yaranan ödəniş gecikmələri/uyğunsuzluqları aradan qaldırmaq məqsədilə mühasibatlıqla əməkdaşlıq etmək;·         Tələb olunduqda, təchizatçının nümayəndələri ilə görüşlər keçirmək və hər hansı tələb edilən məmulata dair spesifikasiyalar və qiymət təkliflərini əldə etmək; ·         Yazışmaları, danışıqları və təchizat prosesini müəssisə üçün ən sərfəli olan yollarla aparmaq;·         Təchizat üzrə meneceri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.;·         Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək; xərclərin optimallaşdırılması ilə bağlı təkliflər vermək.·         Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək;·         Təkliflərin toplanması, müqayisə cədvəllərinin hazırlanması və təsdiq prosesində iştirak etmək·         Təchizatçıların performansı, çatdırılma keyfiyyəti və xidmət səviyyəsinin izlənilməsində iştirak etmək·         Təcili və əməliyyat yönümlü satınalma tələblərinin operativ və vaxtında həyata keçirilməsini təmin etmək;·         Satınalma sənədlərinin düzgün və audit tələblərinə uyğun saxlanılmasını təmin etmək·         ERP sistemində sifarişlərin, vendor məlumatlarının və satınalma əməliyyatlarının düzgün aparılması Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Gənc mütəxəssis Şirkət: TABIA Group LLC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/tabia/tabia-techizat-uzre-kicik-mutexessis-7366440/apply
РЕКЛАМА