
8
Təchizat üzrə Mütəxəssis

По договорённости
Təchizat üzrə Mütəxəssis
ПровереноСегодня
Дата
Просмотры8
Номер№5863307
Описание
Əsas Tələblər:
Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Menecment sahəsi üstünlükdür);
Satınalma və ya təchizat zəncirinin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
Satınalma və tender prosedurları, RFQ/RFP və satınalma sifarişlərinin (PO) idarə edilməsi üzrə biliklər;
Bazar araşdırması aparmaq və qiymət dalğalanmalarını təhlil etmək bacarığı;
Tədarükçülərlə effektiv ünsiyyət və güclü danışıqlar aparma qabiliyyəti;
MS Office (xüsusilə Excel) proqramlarında peşəkar işləmək bacarığı;
Analitik düşünmə, detallara diqqət, planlaşdırma və vaxtın effektiv idarə edilməsi bacarığı;
İşə məsuliyyətli yanaşma, işgüzar etika, komanda ilə işləmək və nəticəyönümlülük;
İngilis dilində kommersiya təkliflərini, texniki sənədləri və işgüzar yazışmaları oxuyub anlamaq bacarığı;
Əsas Vəzifə Öhdəlikləri:
Daxil olan satınalma tələblərindəki məlumatların dolğunluğunu yoxlamaq, qeyri-müəyyənlikləri aradan qaldırmaq və daxili sifarişçilərlə koordinasiya qurmaq;
Tender iştirakçılarının peşəkar uyğunluğunu yoxlamaq, Əsas Şərtlər Toplusunu hazırlayaraq tender elan etmək və təklif zərflərini toplamaq;
Tender komissiyasının iştirakı ilə zərflərin açılışını və iclaslarını təşkil etmək, müvafiq protokolları hazırlamaq;
Əvvəlcədən müəyyən edilmiş texniki, kommersiya və digər qiymətləndirmə meyarlarına əsasən təkliflərin müqayisə cədvəlini hazırlamaq, uyğun təklifi komissiyaya tövsiyə etmək və təsdiqini almaq;
Potensial tədarükçüləri araşdırmaq, onlarla danışıqlar aparmaq, endirim sorğuları göndərmək və qalib namizədlərin istehsalat/anbar sahələrinə ziyarətlər etmək;
Tədarükçülərin qiymət, keyfiyyət, çatdırılma müddəti və müqavilə öhdəliklərinə riayət etməsi üzrə performansını qiymətləndirmək və təkmilləşdirmə təklifləri hazırlamaq;
Təsdiq edilmiş təklif üzrə satınalma sifarişini (PO) formalaşdırmaq, imzalatmaq və malların təyin olunmuş ünvana vaxtında çatdırılmasını təqib etmək;
Anbara çatdırılan sifarişlərdə uyğunsuzluq olarsa, tədarükçü ilə problemi həll etmək və təchiz olunan malların keyfiyyət analizini aparmaq;
Satınalma sifarişi, çatdırılma və hesablaşma sənədlərinin doğruluğunu yoxlamaq, müqavilələrin hazırlanmasını koordinasiya etmək və rəhbərliyə mütəmadi hesabatlar vermək;
Sifariş yekunlaşdıqdan sonra tədarükçünün performansını dəyərləndirmək və gələcək əməkdaşlıq üçün sistemli analizlər aparmaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 11.12.2026
Источник объявления
Открыть оригинал объявления© Veysəloğlu Şirkətlər Qrupu jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
РЕКЛАМА






