
Bakı2
Təchizat Zənciri Meneceri
Təchizat Zənciri Meneceri
По договорённости
Проверено5 дн. назад
ГородBakı
Дата
Просмотры2
Номер№4705449
Описание
Təchizatın planlaşdırılması və proqnozlaşdırılmasıŞirkətin təchizat zənciri sisteminin fəaliyyətini təşkil etmək, idarə etmək və mütəmadi olaraq təkmilləşdirmək;Satış, layihə və servis departamentlərinin tələbatına əsasən malların təchizatı üzrə qısa, orta və uzunmüddətli planlar hazırlamaq;Təchizat müddətlərini (lead time) təhlil etmək və kritik mövqelər üzrə ehtiyat planları müəyyən etmək.
Satınalma və təchizatçıların idarə edilməsiTəchizatçıların və xidmət provayderlərinin axtarışı, qiymətləndirilməsi, seçilməsi və sistemə cəlb edilməsi (onboarding);Təchizatçılarla qiymət, ödəniş və çatdırılma şərtləri üzrə danışıqların aparılması, sərfəli kommersiya şərtlərinin əldə edilməsi;Satınalma sifarişlərinin (PO) yaradılması, təsdiqi və icrasının izlənməsi;Çatdırılma müddətlərinə nəzarət; gecikmə və uyğunsuzluqlar zamanı eskalasiya və bərpa tədbirlərinin görülməsi;Təchizatçıların fəaliyyətinin müəyyən edilmiş meyarlar üzrə mütəmadi qiymətləndirilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;Mal, iş və xidmətlərin satınalınması üzrə müqavilə layihələrinin və digər standart sənədlərin hazırlanmasında iştirak;Təchizat müqavilələrinin şərtlərinin logistika və maliyyə riskləri baxımından təhlili.
İdxal, gömrük və sənədləşməMalların gömrük rəsmiləşdirilməsi prosesinin təşkili və gömrük brokerləri ilə koordinasiya;İdxal üçün müvafiq dövlət qurumlarından icazələrin — lisenziya, sertifikat, uyğunluq sənədləri və s. — alınmasının təmin edilməsi;Nəqliyyat və yükdaşıma sənədlərinin (invoys, packing list, CMR, B/L, mənşə sertifikatı və s.) düzgün rəsmiləşdirilməsinə nəzarət;Gömrük qanunvericiliyində dəyişikliklərin izlənməsi və şirkət proseslərinə vaxtında inteqrasiyası;Sənəd dövriyyəsinin təşkili, arxivləşdirilməsi və auditə hazır vəziyyətdə saxlanması.
Logistika və nəqliyyatBeynəlxalq və daxili daşımaların təşkili, daşıyıcıların seçilməsi və onlarla iş şərtlərinin müəyyən edilməsi;Optimal marşrut, nəqliyyat növü və Incoterms şərtlərinin seçilməsi ilə daşıma xərclərinin optimallaşdırılması;Logistik proqnozların və planların hazırlanması;Daşınma və saxlanma zamanı malların salamatlığına nəzarət;Servis texniklərinə və quraşdırma briqadalarına ehtiyat hissələrinin sürətli və şəffaf çatdırılması üçün daxili logistika proseslərinin qurulması.
Anbar və ehtiyatların idarə edilməsiAnbar işinin təşkili, anbar əməliyyatlarına və işçilərin fəaliyyətinə nəzarət;Malların qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışı proseslərinin standartlaşdırılması;Ehtiyatların mütəmadi inventarizasiyasının aparılması, faktiki və uçot göstəriciləri arasında uyğunluğun təmin edilməsi;Fasiləsiz təchizat üçün minimum və maksimum ehtiyat həddlərinin (min/max stock) müəyyən edilməsi;Hərəkətsiz və ləng hərəkət edən ehtiyatların (slow-moving / dead stock) müəyyən edilməsi və azaldılması üzrə tədbirlərin görülməsi;Saxlanma şərtlərinə və avadanlığın texniki qulluq tələblərinə riayət olunmasına nəzarət.
Büdcə, xərclər və hesabatlıqTəchizat zənciri fəaliyyəti üzrə illik büdcənin hazırlanması və onun icrasına nəzarət;Satınalma və logistika xərclərinin təhlili, xərclərin azaldılması üzrə təkliflərin hazırlanması;Rəhbərlik üçün mütəmadi analitik hesabatların hazırlanması və təqdim edilməsi.
Risklərin idarə edilməsi və sığortaTəchizat zəncirində risklərin (təchizatın kəsilməsi, gecikmə, qiymət dalğalanması, valyuta riski və s.) müəyyən edilməsi və azaldılması;Avadanlıq, mal və materialların, həmçinin daşıyıcıların məsuliyyətinin sığortalanmasının təşkili;Sığorta hadisələri zamanı sənədləşmə və tələblərin (claim) irəli sürülməsi prosesinin idarə olunması.
Proseslərin təkmilləşdirilməsiSatınalma sorğusundan malın qəbuluna qədər olan proseslərin sənədləşdirilməsi və optimallaşdırılması;Təchizat zəncirinin səmərəliliyini artırmaq üçün təkmilləşdirmə imkanlarının müəyyən edilməsi və tətbiqi;ERP sistemində təchizat modullarının düzgün istifadəsinin təmin edilməsi;Proseslərdə dəyişikliklərin həyata keçirilməsi üçün əlaqəli şöbələrin və sahə işçilərinin təlimləndirilməsi.
Vakansiya növü: Tam ştat
Şirkət: Anonym
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/anonym/anonym-techizat-zenciri-meneceri-27361557/apply
РЕКЛАМА







