
11
Texniki ofis direktoru
Texniki ofis direktoru
По договорённости
Проверено1 нед. назад
Дата
Просмотры11
Номер№5329458
Описание
Əsas vəzifə öhdəlikləri
Texniki ofisin fəaliyyətini idarə etmək, iş planlarını hazırlamaq və texniki heyətin fəaliyyətinə nəzarət etmək;
Texniki sənədlərin, çertyojların, layihələrin, spesifikasiyaların və hesablamaların hazırlanmasını, yoxlanılmasını və razılaşdırılmasını təmin etmək;
Yol nişanları, məlumat lövhələri, yol cizgiləri və təhlükəsizlik baryerləri üzrə texniki layihələrin hazırlanmasını və koordinasiyasını təşkil etmək;
Layihə sənədlərinin texniki tapşırıqlara, standartlara və normativ tələblərə uyğunluğuna nəzarət etmək;
Texniki ofis, istehsalat, satınalma, anbar və montaj bölmələri arasında koordinasiyanı təmin etmək;
İstehsalat və montaj prosesləri üçün zəruri texniki məlumatların vaxtında və düzgün təqdim edilməsinə nəzarət etmək;
Texniki uyğunsuzluqları və layihə risklərini müəyyən etmək, onların aradan qaldırılması üzrə tədbirlər hazırlamaq;
Layihələrin icra müddətlərinə, texniki resurslara və xərclərin optimallaşdırılmasına nəzarət etmək;
Məhsulların keyfiyyət və texniki standartlara uyğunluğunun təmin edilməsində iştirak etmək;
Bütün texniki işlər üzrə Forma 2 sənədlərinin və yerləşmə planlarının düzgün, tam və müvafiq texniki tələblərə uyğun hazırlanmasını təmin etmək;
Forma 2 sənədləri və yerləşmə planları ilə bağlı sifarişçi qurumlarla görüşlər və işçi müzakirələri təşkil etmək, texniki məsələlərin razılaşdırılmasını təmin etmək;
Texniki ofisin fəaliyyətinin təkmilləşdirilməsi, hesabatlılığın və iş proseslərinin səmərəliliyinin artırılması üzrə tədbirlər görmək.
Namizədə dair tələblər
Mühəndislik, tikinti, mexanika ixtisası üzrə ali təhsil;
Müvafiq sahədə minimum 10 il iş təcrübəsi;
Texniki layihələndirmə, mühəndislik sənədləri və istehsalat prosesləri üzrə praktiki biliklər;
Texniki çertyojların oxunması, təhlili və hazırlanması üzrə biliklər;
AutoCAD proqramı ilə işləmək bacarığı;
MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
Layihələrin planlaşdırılması, koordinasiyası və icrasına nəzarət təcrübəsi;
Texniki standartlar və normativ sənədlərlə işləmək bacarığı;
Komandanı idarə etmək, iş bölgüsü aparmaq və qərar qəbul etmək qabiliyyəti;
Güclü analitik düşüncə, problem həll etmə və təşkilatçılıq bacarıqları;
Üstünlük hesab olunur:
Yol infrastrukturu, yol hərəkətinin təşkili, yol nişanları və təhlükəsizlik avadanlıqları sahəsində təcrübə;
Metal konstruksiyaların istehsalı və quraşdırılması üzrə biliklər;
Tender sənədləri, texniki təkliflər və layihə spesifikasiyalarının hazırlanması təcrübəsi;
ISO 9001 keyfiyyət idarəetmə sistemi üzrə biliklər;
İngilis və ya rus dili biliyi;
Layihə idarəetməsi üzrə əlavə təlim və sertifikatlar.
İş şəraiti
İş yeri: Sumqayıt
İş rejimi: Tam iş günü
Nahar təminatı
Nəqliyyat təminatı
Əməkhaqqı: Namizədin bilik, bacarıq və peşəkar təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Son müraciət tarixi: 29.11.2026
Источник объявления
Открыть оригинал объявления© STP-BTECH jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
РЕКЛАМА











