
Bakı3
Texnoloji Həllər üzrə Satış və Müştəri Əlaqələri Meneceri (Corporate Sales & Account Manager)

По договорённости
Texnoloji Həllər üzrə Satış və Müştəri Əlaqələri Meneceri (Corporate Sales & Account Manager)
ПроанализированоСегодня
Описание
İş haqqında məlumat:
DataLead Consulting / BakıDataLead Consulting mövcud müştəri portfelinin idarə olunması və inkişaf etdirilməsi, eyni zamanda data management, analitika və süni intellekt istiqamətlərində yeni müştərilərin cəlb edilməsi üçün Sales & Account Manager axtarır.Biz kommersiya düşüncəsinə sahib, müştərilərlə etibarlı və uzunmüddətli münasibətlər qura bilən, onların biznes ehtiyaclarını anlayaraq satış imkanlarına çevirə bilən peşəkar axtarırıq.Əsas vəzifələrTəhkim olunmuş müştərilər üzrə əsas kommersiya əlaqələndiricisi olmaq və biznes və İT qərarvericiləri ilə uzunmüddətli münasibətlər qurmaq;Mövcud müştəri portfelini idarə etmək və inkişaf etdirmək;Müştərilər üzrə account plan-lar hazırlamaq, onların prioritetlərini və ehtiyaclarını müəyyən etmək;DataLead-in məhsul və xidmətləri üzrə yenilənmə, cross-sell və upsell imkanlarını müəyyənləşdirmək;Mövcud müştərilərlə müntəzəm əlaqə saxlamaq, onların sorğularının və ehtiyaclarının koordinasiyasını təmin etmək;Müştəri məmnuniyyətinin və uzunmüddətli əməkdaşlığın qorunmasına dəstək göstərmək;Yeni potensial müştəriləri müəyyən etmək, onlarla əlaqə qurmaq və yeni satış imkanları yaratmaq;İlkin əlaqə və ehtiyacların müəyyənləşdirilməsindən başlayaraq kommersiya təklifinin hazırlanması, danışıqlar və müqavilənin imzalanmasına qədər tam satış prosesini idarə etmək;Müştəri görüşlərini, təqdimatları, demo sessiyalarını və kommersiya təkliflərini daxili texniki mütəxəssislərlə koordinasiya etmək;Satış pipeline-ını, forecast-ları və müştərilər üzrə növbəti addımları mütəmadi və dəqiq şəkildə idarə etmək;Kommersiya hədəflərinə və nəticələrinə görə məsuliyyət daşımaq.Texniki komandanın dəstəyiMüştərilərlə iş prosesində namizəd DataLead-in texniki ekspertləri, konsultantları və məhsul mütəxəssisləri tərəfindən dəstəklənəcək.Texniki komanda:Detallı texniki tələbləri müəyyən edəcək;Uyğun həlləri təklif edəcək;Demo və texniki təqdimatlarda iştirak edəcək;Kommersiya təkliflərinin texniki hissələrinin hazırlanmasına dəstək göstərəcək.Sales & Account Manager-in əsas fokusu isə müştəri münasibətlərinin idarə olunması, kommersiya fəaliyyətinin koordinasiyası, mövcud hesabların inkişaf etdirilməsi və yeni biznes imkanlarının yaradılması olacaq.
Tələblər:
B2B satış və account management sahəsində iş təcrübəsi;Texnologiya, İT və ya konsultinq sahəsində təcrübə üstünlükdür;Mövcud müştəriləri inkişaf etdirmək və eyni zamanda yeni müştərilər cəlb etmək bacarığı;Güclü kommunikasiya və münasibət qurma bacarıqları;Rəhbər və qərarverici şəxslərlə sərbəst və peşəkar ünsiyyət qurmaq bacarığı;Müştərinin biznes ehtiyaclarını müəyyən etmək və uyğun dəyər təklifini formalaşdırmaq bacarığı;Güclü danışıqlar aparmaq, etirazları idarə etmək və satışları nəticələndirmək bacarığı;Account planning, follow-up və satış pipeline-ının idarə olunmasına sistemli yanaşma;Təşəbbüskarlıq, məsuliyyət və ölçülə bilən kommersiya nəticələrinə fokuslanmaq.Dərin texniki bilik əsas tələb deyil. Bizim üçün daha vacib olan kommersiya düşüncəsi, güclü ünsiyyət bacarıqları və texniki ekspert komandası ilə effektiv işləyə bilməkdir.DataLead-də sizi nə gözləyir?Data və süni intellekt texnologiyalarının bizneslərdə tətbiqinin sürətlə dəyişdiyi bir dövrdə müxtəlif və maraqlı layihələr üzərində işləmək imkanı.DataLead-də siz texniki ekspertlərimiz, müştərilərimiz və texnologiya tərəfdaşlarımızla birlikdə işləyərək peşəkar şəbəkənizi genişləndirəcək, real biznes use-case-lərini yaxından görəcək və yeni texnologiyaların praktiki biznes həllərinə necə çevrildiyini öyrənəcəksiniz.Biz maraqlı, nəticəyönümlü, insanlarla işləməyi sevən və kommersiya baxımından inkişaf etmək istəyən namizədləri komandamıza dəvət edirik.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 21/10/2026
Похожие объявления










По договорённости
Texnoloji Həllər üzrə Satış və Müştəri Əlaqələri Meneceri (Corporate Sales & Account Manager)
Сегодня 10:21

По договорённости
Texnoloji Həllər üzrə Satış və Müştəri Əlaqələri Meneceri (Corporate Sales & Account Manager)
BakıСегодня 10:13

По договорённости
Sığorta hadisələrinin tənzimlənməsi üzrə mütəxəssis/Müştəri xidmətləri üzrə mütəxəssis
BakıСегодня 10:13


1 000 ₼
Satış məsləhətçisi tələb olunur, İstənilən yaş, 6 ildən artıq təcrübə, Ayda 2 dəfə ödəniş
BakıСегодня 02:14

