Orijinal antik Singer tikiş maşını (Podolsk zavodu istehsalı, 1911-ci ildən sonra). Seriya nömrəsi: A1348246.
Çarx rahat fırlanır, iynə hərəkət edir. Taxta qapağı (qutusu) var. Yan çəkmədə əlavə hissələr (bobin, yaylar və s.) qalıb.
Yaşına uyğun köhnəlmə var: qızılı naxışlarda sürtülmə, metal hissələrdə pas izləri. Hər şey şəkillərdə görünür.
Kolleksiya, dekor, vitrin və ya əl ilə işləmək üçün əladır.
Real alıcıya endirim olacaq.