Prayk

Torna-frezer (Tokar) dəzgahlarının operatoru

По договорённости
Проверено2 мес. назад
Город
Bakı
Дата
Просмотры
21
Номер
№2132356

Описание

- Metal istehsalı müəssisəsinə müxtəlif ölçülü və mürəkkəblikdə olan sənaye detallarını yüksək dəqiqliklə hazırlaya və bərpa edə bilən, uzunillik praktiki təcrübəyə malik peşəkar tokar ustası tələb olunur - Bizə yalnız sadə torna işlərini yerinə yetirən deyil, detalı nümunə, ölçü, eskiz və ya texniki çertyoj əsasında müstəqil şəkildə hazırlaya bilən, material və emal üsulunu düzgün seçən təcrübəli usta lazımdır - İş rejimi: Namizədlə danışıq və qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək. - Əməkhaqqı: Ustanın təcrübəsi, peşəkarlıq səviyyəsi və razılaşdırılmış iş rejiminə əsasən müəyyən ediləcək - Namizədin praktiki bacarıqları müsahibə və sınaq işi əsasında qiymətləndiriləcək - Müraciət zamanı neçə il tokar işlədiyi, hansı müəssisələrdə çalışdığı, hansı dəzgahlarda işlədiyi və hazırlaya bildiyi detallar haqqında məlumat təqdim etməsi xahiş olunur - Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Neftçilər küçəsi, giriş 62 Tələblər: - Tokar işi üzrə uzunillik real istehsalat təcrübəsi - Torna dəzgahında sərbəst və peşəkar işləmək bacarığı - Sadə və mürəkkəb detalların yüksək dəqiqliklə hazırlanması üzrə təcrübə; - Texniki çertyojları və eskizləri sərbəst oxumaq bacarığı - Hazır detal və ya nümunə əsasında düzgün ölçü götürərək eynisini hazırlamaq bacarığı - Ştangenpərgar, mikrometr, indikator, нутромер və digər ölçü alətlərindən peşəkar istifadə bacarığı - Ölçü dözümlülükləri, oturtmalar, səth keyfiyyəti və emal dəqiqliyi haqqında bilik - Müxtəlif metal növlərinin emal xüsusiyyətlərini bilməsi - Kəsici alətlərin seçilməsi, itilənməsi və düzgün tətbiqi üzrə praktiki bacarıq - Detalı minimal material itkisi ilə və texniki tələbə uyğun hazırlamaq bacarığı - Müstəqil işləmək və görülən işin keyfiyyətinə cavabdeh olmaq - Məsuliyyətli, dəqiq, intizamlı və işinə peşəkar yanaşmaq Üstünlük hesab olunur - Metal istehsalı və ağır sənaye müəssisələrində iş təcrübəsi - İriölçülü və ağır detalların emalı üzrə təcrübə - Qəlib, bıçaq, val və istehsal avadanlıqlarının ehtiyat hissələrinin hazırlanması bacarığı - Frez, yonma, deşik açma və digər mexaniki emal əməliyyatları haqqında əlavə bilik - Köhnə və aşınmış detalların bərpası üzrə təcrübə - Müxtəlif istehsal avadanlıqlarının mexaniki quruluşu haqqında anlayış Vəzifə öhdəlikləri: - Zavod avadanlıqları üçün müxtəlif mexaniki detalların hazırlanması və bərpası - Val, ox, ştift, şponka yuvası, vtulka, mufta, flanş, kasnaq, yivli hissə və digər detalların emalı - Qəliblərin, bıçaqların, mil və digər istehsal detallarının hazırlanması və təmiri - Xarici və daxili diametrlərin dəqiq yonulması - Xarici və daxili yivlərin açılması - Konus, kanal, pillə, pah və müxtəlif formalı səthlərin hazırlanması - Deşiklərin açılması, genişləndirilməsi və içyonma işlərinin görülməsi - Aşınmış detalların ölçülərinin bərpası və yenidən istifadəyə yararlı vəziyyətə gətirilməsi - Hazır nümunədən və ya köhnə detaldan düzgün ölçü götürərək yeni detal hazırlamaq - Texniki çertyoj, eskiz və verilmiş ölçülər əsasında işləmək - Detala uyğun materialı, kəsici aləti, emal rejimini və əməliyyat ardıcıllığını müəyyənləşdirmək - Hazırlanmış detalın ölçülərini və keyfiyyətini yoxlamaq - Torna dəzgahının gündəlik baxışını, sazlanmasını və iş yerinin səliqəsini təmin etmək İş təcrübəsi: 5 ildən artıq

Источник объявления

Открыть оригинал объявления

© Metal Trade MMC boss.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.

Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.

РЕКЛАМА
WhatsApp