Prayk
Usta — Digər
По договорённости

Usta

ПровереноСегодня
Категория
Другое
Дата
Просмотры
9
Номер
№5666916

Описание

“Kaspi Liseyi” Usta vəzifəsi üzrə vakansiya elan edir. Minimum vakansiya tələbləri: Orta təhsil; Sahə üzrə minimum 1 il iş təcrübəsi; Azərbaycan dilində orta səviyyədə danışmaq və yazmaq bacarığı; Sağlamlıq və əməyin mühafizəsi qaydalarını bilməsi arzuolunandır; İstifadəsinə təhkim edilən alət və ləvazimatlardan istifadə qaydalarını bilməsi; Fiziki güc və sağlamlıq; Səbrlilik, düzgünlük və məsuliyyətlilik. Vəzifə öhdəlikləri: Liseyin əmlak və avadanlıqlarından məsuliyyətlə və düzgün şəkildə istifadə edilməsi və istənilən zədələrdən qorunması; Müəyyən olunmuş iş yerinin səliqəli saxlanılması; Müvafiq avadanlıq, ləvazimat və aparatların quraşdırılması və ya sökülməsi; Liseyə məxsus avadanlıq, ləvazimat və aparatların təmiri; Liseyə məxsus bina və ərazilərdə təmir – bərpa işlərinin aparılması; Vəzifə öhdəliklərini yerinə yetirərkən sağlamlıq və əməyin təhlükəsizliyi qaydalarına riayət edilməsi; İşin xüsusiyyətindən asılı olaraq müvafiq qoruyucu geyim və vasitələrdən istifadə edilməsi; Müvafiq alət və ləvazimatlardan ehtiyatla, təmiz və səliqəli şəkildə istifadə edilməsi; Vəzifəsini icra etdikdən sonra istifadə etdiyi material və avadanlıqların səliqəli şəkildə saxlanma yerlərinə yerləşdirilməsi; Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırmaq. Tapşırılan digər müvafiq işləri həyata keçirmək. Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını doldurmaqla və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər - https://www.kaspi.edu.az/career/ Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq. Son müraciət tarixi: 06.12.2026 E-mail: [email protected] Müraciət: https://jobsearch.az/vacancies/kaspi-tehsil-sirketi-usta-155670
РЕКЛАМА