Prayk

Vergi mütəxəssisi

1 700 ₼
ПровереноСегодня
Категория
Финансы
Дата
Просмотры
2
Номер
№4844811

Описание

Profitline Consulting şirkəti müştəri müəssisələrinə vergi və mühasibat uçotu xidmətlərinin göstərilməsi məqsədilə peşəkar Vergi mütəxəssisi axtarır. Vəzifə öhdəlikləri: Müştəri şirkətlərinin vergi uçotunun qurulmasına dəstək göstərilməsi və uçot prosesinə nəzarət; Vergi, DSMF, statistika və digər hesabat və bəyannamələrin hazırlanaraq vaxtında təqdim edilməsi; Mənfəət vergisi, ƏDV, ödəmə mənbəyində tutulan vergi, sadələşdirilmiş vergi, əmlak və torpaq vergisi üzrə hesablamaların aparılması; Vergi orqanlarından daxil olan məktub, bildiriş, uyğunsuzluq və kameral yoxlama sənədlərinin izlənilməsi; Daxil olan sorğu və bildirişlərə əsaslandırılmış cavabların hazırlanması və vaxtında təqdim edilməsi; Müştərilərin şəxsi hesab vərəqələrinin, vergi borclarının, artıq ödəmələrinin və ƏDV depozit hesablarının yoxlanılması; Mühasibat uçotu ilə vergi uçotu arasındakı fərqlərin müəyyən edilməsi və aradan qaldırılmasına dəstək; Vergi ödənişlərinin düzgün hesablanmasına və vaxtında həyata keçirilməsinə nəzarət; Müqavilələrin və təsərrüfat əməliyyatlarının vergi riskləri baxımından təhlili; Vergi yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və prosesdə iştirak; Müştərilərə vergi məsələləri üzrə peşəkar məsləhətlərin verilməsi; Vergi qanunvericiliyindəki dəyişikliklərin izlənilməsi və müştərilərin məlumatlandırılması; Aşkar edilmiş vergi riskləri və uyğunsuzluqlar üzrə hesabat və təkliflərin hazırlanması; Vergi orqanları ilə yazışmaların və zəruri hallarda görüşlərin həyata keçirilməsi. Namizədə tələblər: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq istiqamət üzrə ali təhsil; Vergi və ya mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi; Konsaltinq və ya autsorsinq şirkətində iş təcrübəsi üstünlükdür; Müxtəlif fəaliyyət sahələri üzrə bir neçə şirkətin vergi uçotunu paralel idarə etmək bacarığı; Azərbaycan Respublikasının Vergi Məcəlləsini və müvafiq qanunvericiliyi yüksək səviyyədə bilmək; Vergi bəyannamələrinin müstəqil hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə; Elektron Vergi İnformasiya Sistemi və digər dövlət portalları ilə işləmək bacarığı; 1C proqramını və MS Excel-i yaxşı səviyyədə bilmək; Rəsmi məktub və əsaslandırılmış cavablar hazırlamaq bacarığı; Güclü analitik düşüncə, dəqiqlik və məsuliyyət; Müştərilərlə peşəkar ünsiyyət və komanda ilə işləmək bacarığı. İş şəraiti: Əmək haqqı: 1700–2 500 AZN; Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək; Rüblük əlavə Bonus sistemi(KPİ) Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; Peşəkar inkişaf və müxtəlif sahələr üzrə layihələrdə iştirak imkanı; Stabil və korporativ iş mühiti; Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Vergi mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 1700 AZN Son müraciət tarixi: 19.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/profitline-consulting-mmc-vergi-mutexessisi-154178
РЕКЛАМА