Profitline Consulting şirkəti müştəri müəssisələrinə vergi və mühasibat uçotu xidmətlərinin göstərilməsi məqsədilə peşəkar Vergi mütəxəssisi axtarır.
Vəzifə öhdəlikləri:
Müştəri şirkətlərinin vergi uçotunun qurulmasına dəstək göstərilməsi və uçot prosesinə nəzarət;
Vergi, DSMF, statistika və digər hesabat və bəyannamələrin hazırlanaraq vaxtında təqdim edilməsi;
Mənfəət vergisi, ƏDV, ödəmə mənbəyində tutulan vergi, sadələşdirilmiş vergi, əmlak və torpaq vergisi üzrə hesablamaların aparılması;
Vergi orqanlarından daxil olan məktub, bildiriş, uyğunsuzluq və kameral yoxlama sənədlərinin izlənilməsi;
Daxil olan sorğu və bildirişlərə əsaslandırılmış cavabların hazırlanması və vaxtında təqdim edilməsi;
Müştərilərin şəxsi hesab vərəqələrinin, vergi borclarının, artıq ödəmələrinin və ƏDV depozit hesablarının yoxlanılması;
Mühasibat uçotu ilə vergi uçotu arasındakı fərqlərin müəyyən edilməsi və aradan qaldırılmasına dəstək;
Vergi ödənişlərinin düzgün hesablanmasına və vaxtında həyata keçirilməsinə nəzarət;
Müqavilələrin və təsərrüfat əməliyyatlarının vergi riskləri baxımından təhlili;
Vergi yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və prosesdə iştirak;
Müştərilərə vergi məsələləri üzrə peşəkar məsləhətlərin verilməsi;
Vergi qanunvericiliyindəki dəyişikliklərin izlənilməsi və müştərilərin məlumatlandırılması;
Aşkar edilmiş vergi riskləri və uyğunsuzluqlar üzrə hesabat və təkliflərin hazırlanması;
Vergi orqanları ilə yazışmaların və zəruri hallarda görüşlərin həyata keçirilməsi.
Namizədə tələblər:
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq istiqamət üzrə ali təhsil;
Vergi və ya mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
Konsaltinq və ya autsorsinq şirkətində iş təcrübəsi üstünlükdür;
Müxtəlif fəaliyyət sahələri üzrə bir neçə şirkətin vergi uçotunu paralel idarə etmək bacarığı;
Azərbaycan Respublikasının Vergi Məcəlləsini və müvafiq qanunvericiliyi yüksək səviyyədə bilmək;
Vergi bəyannamələrinin müstəqil hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə;
Elektron Vergi İnformasiya Sistemi və digər dövlət portalları ilə işləmək bacarığı;
1C proqramını və MS Excel-i yaxşı səviyyədə bilmək;
Rəsmi məktub və əsaslandırılmış cavablar hazırlamaq bacarığı;
Güclü analitik düşüncə, dəqiqlik və məsuliyyət;
Müştərilərlə peşəkar ünsiyyət və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
Əmək haqqı: 1700–2 500 AZN;
Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək;
Rüblük əlavə Bonus sistemi(KPİ)
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Peşəkar inkişaf və müxtəlif sahələr üzrə layihələrdə iştirak imkanı;
Stabil və korporativ iş mühiti;
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Vergi mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/199559/vergi-mutexessisi
РЕКЛАМА
Мы используем файлы cookie Аналитика — только с вашего согласия; необходимые cookie активны всегда.Политика конфиденциальности