Prayk

Vergi üzrə mütəxəssis

По договорённости
ПровереноСегодня
Категория
Финансы
Дата
Просмотры
2
Номер
№4882752

Описание

Vəzifə öhdəlikləri: Vergi qanunvericiliyinin tələblərinə uyğunluğu təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması; Vergi və Statistika hesabatlarının yerli qanunvericiliyə əsasən hazırlanması və müvafiq orqanlara vaxtında təqdim edilməsi; Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, tələb olunan sənədlərin toplanılması, sorğuların vaxtında cavablandırılması; Gömrük bəyannamələrinin (YGB) yoxlanması və istifadə olunan proqram təminatında qeydiyyatının aparılması; Şəxsi hesab vərəqəsinə nəzarət olunması və proqram təminatına qeydiyyatının aparılması; Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması; Təxirə salınmış vergilərin hesablanması; İş prossesində vergi optimallaşdırılması analizinin aparılması və müvafiq təkliflərin hazırlanması; Şirkətdə Əmək haqqları ilə bağlı aylıq yaranan öhdəliklərin (vergi, mdss, its, iss) sistemə daxil edilməsi; Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət olunması; Tələblər: Mühasibatlıq, maliyyə və vergi  sahələr üzrə ali təhsil; Müvafiq sahə üzrə minimum 3+ il iş təcrübəsinin olması; Vergi Məcəlləsi ilə işləmə bacarığı Balans cədvəli Gəlir və zərər hesabatının hazırlanması MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli; Əlavə məlumat: İş qrafiki: 5/2, 09:30-18:30 Nahar şirkət tərəfindən təmin edilir İş yeri - Çıraq Plaza Əmək haqqı müsahibə əsasında Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Vergi üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 20.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/avant-construction-vergi-uzre-mutexessis-154244
РЕКЛАМА