Core Construction komandamıza tikinti layihələri üzrə xərclərin, büdcələrin və hesabatların effektiv idarə olunmasını təmin edəcək Xərclərə Nəzarət üzrə Mütəxəssis (Cost Control Specialist) axtarırıq.
Əsas vəzifələr:
Tikinti layihələri üzrə xərclərin planlaşdırılması və nəzarətdə saxlanılması;
Layihə büdcələrinin hazırlanması və icrasının izlənilməsi;
Faktiki xərclərin büdcə və plan göstəriciləri ilə müqayisə edilməsi;
Excel proqramında xərclər üzrə cədvəllərin, hesabatların və analitik faylların hazırlanması və yenilənməsi;
Xərclər üzrə aylıq və dövri hesabatların hazırlanması;
Material, əmək, avadanlıq və digər layihə xərclərinin təhlili;
Xərclər üzrə kənarlaşmaların müəyyən edilməsi və səbəblərinin araşdırılması;
Müqavilə və satınalma məlumatlarının xərclərlə uyğunluğunun yoxlanılması;
Layihə rəhbərliyi və digər aidiyyəti şöbələrlə koordinasiyalı fəaliyyət;
Xərclərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
Word və Excel proqramlarında sənədlərin, cədvəllərin və hesabatların peşəkar şəkildə hazırlanması.
Namizədə tələblər:
Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibatlıq, mühəndislik və ya əlaqəli sahə);
Tikinti sektorunda Cost Control / Project Control sahəsində iş təcrübəsi üstünlükdür;
MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı – əsas tələbdir;
Excel-də formulalar, funksiyalar, cədvəllər, məlumatların çeşidlənməsi və təhlili üzrə praktiki biliklər;
MS Word proqramında peşəkar səviyyədə işləmə bacarığı;
Hesabat və cədvəllərlə işləmə bacarığı;
Maliyyə və büdcə göstəricilərinin təhlili üzrə biliklər;
Analitik düşünmə və detallara diqqət;
Məsuliyyətli və sistemli iş prinsipi;
Komandada işləmək və müxtəlif şöbələrlə effektiv kommunikasiya bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 23.10.2026