Prayk

Zoo Mağaza Satıcısı / Kassir

По договорённости
Проверено3 дн. назад
Город
Bakı
Категория
Продажи
Дата
Просмотры
3
Номер
№5000688

Описание

AmaZOOne World Zoo Mağazası komandamıza heyvanları sevən, məsuliyyətli, ünsiyyətcil və müvafiq sahədə iş təcrübəsi olan əməkdaş axtarır. Vəzifə öhdəlikləri: Mağazaya gələn müştərilərin qarşılanması, məhsul və xidmətlər barədə məlumatlandırılması; Müştərilərə ev heyvanları, onların saxlanılması, qidalanması və baxımı ilə bağlı düzgün məsləhətlərin verilməsi; Zoo məhsullarının (yemlər, aksesuarlar, qulluq vasitələri və s.) təqdim edilməsi və satışının həyata keçirilməsi; Mağazada satışda olan heyvanların gündəlik baxımı, qidalanması və saxlanma şəraitinə nəzarət; Nağd və nağdsız ödənişlərin qəbul edilməsi, kassa əməliyyatlarının aparılması; Telefon və WhatsApp vasitəsilə daxil olan zəng və müraciətlərin cavablandırılması; Müştərilərin sifarişlərinin qəbul edilməsi və icrasının izlənilməsi; Məhsulların vitrinlərdə düzgün yerləşdirilməsi, qiymət etiketlərinə və səliqəyə nəzarət; Məhsul qalıqlarının, stokun və son istifadə tarixlərinin izlənilməsi; Gündəlik satış və kassa hesabatlarının hazırlanması; Müştəri məmnuniyyətinin təmin olunması, müştərilərin nəzakətlə yola salınması; Mağazanın gündəlik fəaliyyətinə aid digər təşkilati işlərin yerinə yetirilməsi. Namizədə tələblər: Zoo mağazası, pet shop və ya müvafiq sahədə iş təcrübəsi (mütləqdir); Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı (mütləqdir); İngilis dili biliyi üstünlükdür; Ev heyvanları, onların qidalanması, baxımı və saxlanma şəraiti haqqında praktik biliklər; Zoo məhsulları, yem markaları və aksesuarlar haqqında məlumatlı olmaq; Satış, müştəri xidməti və kassa əməliyyatları üzrə bilik və bacarıqlar; Heyvanlarla işləməyi sevmək və onlara qarşı qayğıkeş münasibət; Müştərilərlə düzgün ünsiyyət qurmaq və satışyönümlü yanaşma; Punktuallıq, dürüstlük, məsuliyyətlilik və səliqəlilik; İş qrafikinə ciddi riayət etmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək. İş şəraiti: İş yeri: AmaZOOne World Zoo Mağazası, Ağ Şəhər, Bakı. Əməkhaqqı və iş qrafiki: Müsahibə zamanı müzakirə olunur. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Namizədlər CV-lərini “Zoo Mağaza Satıcısı / Kassir” başlığı ilə göndərə bilərlər. Vacib: Zoo mağazasında və ya müvafiq sahədə praktiki iş təcrübəsi olmayan namizədlərin müraciət etməməsi xahiş olunur. Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/200533/zoo-magaza-saticisi-kassir
РЕКЛАМА